beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlaram dindirmə məni.

İçimdə bir ağrı, acı,
Ağlaram, dindirmə məni.
Əsir düşüb başım tacı,
Ağlaram, dindirmə məni !

Qarabağım tapdaq altda,
Neçə ildir qalır hələ.
Gör bir yaram neçə qatda ?
Ağlaram, dindirmə məni !

Hanı Laçın, hanı Şuşa ?
Mərd namərdlə durdu qoşa.
Bu dərd ilə Arif yaşa,
Ağlaram, dindirmə məni !

Ayrı düşdüm o yerlərdən,
İzim qaldı o yerlərdə.
Özüm də küsdüm özümdən,
Ağlaram, dindirmə məni !

Xəritəyə baxanmıram,
Düşmən girib sinəmizə.
Qılınc qına taxanmıram,
Ağlaram. dindirmə məni !

Qoy dərdimə özüm yanım,
Yaddan bizə yanan olmaz.
Qoy qılıncı özüm çalım,
Ağlaram, dindirmə məni !


Tarix: 26.12.2014 / 16:27 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: VƏTƏN ŞEİRLƏRİ