beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni şeirimdə gəz bir insan kimi (Məmməd araza)

Səni şeirində gəzib dolaşdım
Baxdım yan-yörənə,baxdım kölgənə.
Sanki uca dağın qoynuna qaçdım
Əllərim çatmadı ucqar zirvənə.

Gücünü,qüvvəni təbdən alarkən,
Bağban tək bağçada güllər bitirdin.
Çaylar üzərindən körpü salarkən,
Ellərə qovuşub,ellər itirdin.

Anlamaq çətindi qoca cahanı
Tale də hərəyə bir ömür yazmış.
Bütöv görmək üçün AZƏRBAYCANı
Sən demə,sən demə bir ömür azmış…


Tarix: 26.12.2014 / 16:26 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: VƏTƏN ŞEİRLƏRİ