beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi yuxular

Bu kateroqiyaya aid olan iki növ yuxu var; birgə və üst-üstə düşən. Hər halda iki və daha çox şəxs oxşar adamları görürlər. Onlar arasında fərq yuxunu necə görməkdədir. Birgə yuxularda yuxunu görənlər inkubasiya yolu ilə eyni yuxunu yaşamaq istəyini özlərində inkişaf etdirirlər. Təsadüfi (üst-üstə düşən) yuxular isə bundan fərqlidir. Yatmağa gedən adamlar yuxuda oxşar şeylər görsələr də bir-birlərindən xəbərsiz olurlar. Dostlar bir yerə yığışaraq birgə yuxularını müzakirə etməsi və öz təəssüratlarını müqayisə etməsi maraqlı olardı. Üst-üstə düşən yuxular müxtəlif insanlar tərəfindən təsadüfən görülür.Dostunuza hansısa yuxunu danışanda birdən məlum olur ki, o da həmin yuxunu görüb. Bu həqiqətən də nadir və qəribə hadisədir.


Tarix: 22.11.2014 / 23:25 Müəllif: Ebulfez Baxılıb: 30 Bölmə: Ü hərfi