beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ü hərfiÜmumi yuxular

Bu kateroqiyaya aid olan iki növ yuxu var; birgə və üst-üstə düşən. Hər halda iki və daha çox şəxs oxşar adamları görürlər. Onlar arasında fərq yuxunu necə görməkdədir. Birgə yuxularda yuxunu görənlər inkubasiya yolu ilə eyni yuxunu yaşamaq istəyini özlərində inkişaf etdirirlər. Təsadüfi (üst-üstə düşən) yuxular isə bundan fərqlidir. Yatmağa gedən adamlar yuxuda oxşar şeylər görsələr də bir-birlərindən xəbərsiz olurlar. Dostlar bir yerə yığışaraq birgə yuxularını müzakirə etməsi və öz təəssüratlarını müqayisə etməsi maraqlı olardı. Üst-üstə düşən yuxular müxtəlif insanlar tərəfindən təsadüfən görülür.Dostunuza hansısa yuxunu danışanda birdən məlum olur ki, o da həmin yuxunu görüb. Bu həqiqətən də nadir və qəribə Ardı »

Ü hərfiYuxuda ÜZ (sifət) görmək

Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. Üzünün qara olduğunu görən adam çox yalan danışar. Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır. Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir. Ardı »

Ü hərfiYuxuda Üzük Itirmək

Yuxuda üzük itirmək, yuxunu görən adamın ictimai və xüsusi əlaqələri üzərindən açıqlanır. Yuxu sahibinin yoldaşları və dostları arasında, səmimiyyətindən və dürüstlüyündən, nədənsə əmin ola bilmədiyi bəzi kəslərin olduğuna və bunun da o insanlara inanmamasına səbəb olduğuna işarə edər. Yuxunu görən adamın insanlar tərəfindən yarı yolda buraxılmaqda, ya da ziyana uğramaqdan qorxduğuna əlamət edər.

Yuxuda Üzük Itirmək və Tapmaq

Yuxunu görən adamın kədərlənməsinə və ağlamasına səbəb olan bir hadisə üçün əslində özünü gərəksiz yerə üzüldüyünə bunu sonradan anlayaraq üzünün yenidən gülməyə başlayacağına işarə edər. Yuxu sahibi dərhal ümidsizliyə qapılaraq məğlub olduğunu düşünəcək sonra da işin əslinin tam tərsi olduğunu anlayaraq sevinəcək deyə şərh olunar.

Yuxuda Ardı »

Ü hərfiYuxuda Ümidsizlik, məyusluq görmək

Yuxuda məyus olmaq o deməkdir ki, iş həyatınızda çoxlu ağır, xoşagəlməz hadisələr olacaq. Başqalarını məyus görmək qohum və ya dostlardan kiminsə müsibətli vəziyyətinə işarədir. Ardı »

Ü hərfiYuxuda ÜZMƏK görmək

Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır. İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir. Ardı »

Ü hərfiÜZÜM BAĞI

Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür: -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə. -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yedən gözlənilməz bir yaxşılıq. -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya. -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə. -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur. Ardı »

Ü hərfiÜZÜM TƏNƏYİ

Bolluq, varlıq kimi yozulur. Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən böyük şərəf hesab edilir. Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir. Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq. Ardı »

Ü hərfiÜYÜTMƏK

Röyada buğda və ya rapa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız. Ardı »

Ü hərfiÜLGÜC

Röyada buğda və ya rapa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız. Ardı »

Ü hərfiÜSYAN

Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər tutacaqdır. Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır. Ardı »

Ü hərfiÜTÜ

Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur. Dərzi ütüsü-xoş xəbərdir. Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir. Ardı »

Ü hərfiÜFLƏMƏK

Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin aşkar olacağına, sirr saxlayan adama sirr açnağa işarədir. Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur. Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eçitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur. Ardı »

Ü hərfiÜŞÜMƏK

Cavan oğlanın yuxuda üşüdüyünü görməsi-həyatda uğu qazanmağa əngəl olan səbəbləri başqasında yox, özünüzdə axtarmalısınız. Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə; evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir. Ardı »

Ü hərfiYuxuda Ürəyi getmə görmək

Yuxuda ürəyi getmə ailənizdə mümkün xəstəlik və xoşagəlməz xəbərlərə işarədir. Yuxunu gənc qadın görübsə, bu o deməkdir ki, səhlənkarlığı ucbatından ümidsizliyə qapılacaq. Ardı »

Ü hərfiYuxuda Üskük, oymaq görmək

Yuxuda oymaqdan istifadə etmisinizsə, bu o deməkdir ki, tezliklə başqa insanları sevindirəcəksiniz. Qadının əlində üskük görmüsünüzsə, bu, o deməkdir ki, hansısa ciddi addım atacaqsınız. Yuxuda oymaq itirmək kədər və ehtiyaca işarədir. Yuxuda köhnə, işlənmiş oymaq görmüsünüzsə, bu o deməkdir ki, yaxın gələcəkdə çox vacib olan bir işdə ağılsız davranacaqsınız. Yuxuda yeni oymaq almısınızsa və ya hədiyyə veriblərsə,bu, tezliklə əhatənizdə olan insanlarla ünsiyyət, sevinc və məmnunluq hissləri gözlənilir. Yuxuda barmağınıza oymaq keçirmək istəyirsinizsə və deşiyi bağlıdırsa, bu, sizi ciddi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir, lakin dostlarınız sizə çətin vəziyyətdən çıxmağa kömək edəcəklər. Ardı »

Ü hərfiYuxuda Üz görmək

Yuxuda məhzun baxışlı, gözəl, açıq üz görmək o deməkdir ki, siz çox yaxında gözəl əyləncələrdə iştirak edə bilərsiniz. Lakin eybəcər, qaraqabaq və acıqlı üz görmək xoşgəlməz hadisələrə işarədir. Yuxuda üzünüzə baxaraq onun əsrarəngiz rəngindən zövq alırsınızsa, bu, uğur və gözlənilməz xoş hadisələrə işarədir. O qədər də yaxşı olmayan üz rəngi qəm, qüssəyə işarədir. Yuxuda kiminsə üzündə qalın, xoşagəlməyən dodaq görmək tələsik və düşünülməmiş qərarlara işarədir. Xoş gülümsəyən dolu dodaqlar münasibətlərdə harmoniya və evdə bolluğa işarədir. Sevgililər üçün bu yuxu qarşılıqlı məhəbbətə işarədir. Nazik dodaqlar o deməkdir ki, sizi asanlıqla çıxış yolu tapacağınız çətin vəziyyət gözləyir. Şişmiş, soyuq dəymiş dodaqlar qeyri-sağlam arzular, Ardı »