beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Uşaq görmək

Uşaq – gələcəyə ümid rəmzidir. Yuxuda heyvanın uşağı yediyini görmüsünüzsə, bu yuxu ona işarədir ki, gələcəkdə Yer üzündə çoxlu xortdanlar, qaniçənlər meydana gələcək ki, onlar da xüsusilə uşaqlar üçün təhlükə yaradacaqlar.Yuxunu görən şəxsə bu yuxu Antixristlə görüşə işarədir.Yuxuda hamilə kişi görmək – o deməkdir ki, illərdir ki, sözü gedən söhbət –yəni kişinin hamilə olaraq uşaq doğması gələcəkdə həqiqətə çevriləcək.Ola bilsin ki, bu qara qüvvələrin maneəçiliyi olmadan baş verəcək və bu fakt kişi və doğduğu uşağı bütün dünyada məşhur edəcək.Yuxuda şikəst uşaq görmüsünüzsə, belə yuxu bütün bəşəriyyətə atmosfer çirklənməsi təhlükəsi barədə xəbərdarlıq edir. Belə yuxunu görən insan köməyinə ehtiyacı olduğu insanla görüşəcək.Yuxuda əxlaqsız bir qadının əlində uşaq görmək – Yer çox böyük təhlükə altındadır. Gələcəkdə SPİD bütün dünyanı əhatə edərək insanlara yoluxacaq. Lakin bu bədbəxt vəziyyətin çarəsi tapılmadığı zaman bu dəhşət xəstəliyə çarə tapan insan peyda olacaq. Yuxuda əl-ayağı olmayan uşaq görmək cəmiyyətin real təhlükə altında olacağına işarədir.Ətraf mühit çox çirkləndiyinə görə, fiziki qüsurlu və həmçinin psixi çatışmazlıqları olan çoxlu uşaqlar dünyaya gələcək. Yuxuda sağlam, gülümsəyən uçaq görmək –xoşbəxt əlamətdir.Yer üzündə sevgi ilə idarə olunan xoşbəxt məqamlar başlayacaq. İnsanlar aclıq, müharibə və yoxsulluqdan qorxmayacaq və dünyaya çoxlu sağlam, gözəl uşaqlar gətirəcəklər. Yuxuda qaçan uşaq görmək – yenilik və yeni bəşəriyyət əlamətidir.Yuxuda uşaq ilanı əzib və ya boğubsa, bu bəşəriyyətin nüvə müharibəsi təhlükəsindən azad olmaq yolunu tapacağına işarədir. Yuxuda ağlayan uşaq görmək gələcəkdə təhlükəyə məruz qalacağınıza işarədir.Yuxuda öz uşağını axtarmaq – itirilmiş ümidlərin yaranmasına işarədir. Yuxuda gül dərən uşaq görmək mənəvi işıqlanmaya işarədir. Yuxuda əlində körpə uşaq saxlamaq çətin vəziyyətdən çıxmağa cəhd göstərmək kimi yozulur.


Tarix: 22.11.2014 / 22:55 Müəllif: Ebulfez Baxılıb: 133 Bölmə: U hərfi