Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Ulduzlar görmək

Yuxuda aydın parlayan ulduzlara baxırsınızsa, bu sizin üçün möhkəm sağlamlıq və rifaha işarədir. Əgər yuxunuzda ulduzlar sönük və qırmızıya çalırsa, bu, gələcək bədbəxtlik və xoşagəlməz hallara işarədir. Əgər yuxuda alışıb yanan və düşən ulduzlar görmüsünüzsə, bu kədər və qəm əlamətidir. Gizlincə alışan və sönən ulduzlar yuxunuza giribsə gələcəkdə sizi sirrli hadisələr və dəyişikliklər gözləyir. Yuxuda ulduzların Yer ətrafında hərəkətini görmüsünüzsə, bu, qlobal hadisələrə işarədir.

—–

Yuxuda ulduz birdən daşa çevrilibsə, işlərinizdə uğurlar gözlənilir. Ulduz toza çevrilibsə, kasıblıq və səfalət əlamətidir.

—–

Ulduzlar – yüksək biliklilik, məlumatlılıq, iradə əlamətidir.Yuxuda düşən ulduza baxmaq xoşbəxt həyat, bütün müqəddəs arzularınızın həyata keçəcəyinə işarədir. Yuxuda çoxlu yerə düşən ulduzlar görmüsünüzsə, gələcəkdə Yerdə güclü sel olacaq və bütün kənd təsərrüfatı sahələrini məhv edəcək. Bütün il boyu bəşəriyyət aclıqdan əziyyət çəkəcək. Yuxuda qırmızı ulduzlar görmək –Rusiyada hakimiyyətə elə bir insan gələcək ki, dövləti xarabalıqdan qurtararaq dünyada ən qüdrətli ölkəyə çevirəcək. Qırmızı ulduzlar Kreml ulduzlarını simvolizə edir.Yuxuda ulduzlara doğru uçursunuzsa, gələcəkdə başqa bir planetə kosmik ekspedisiyanın iştirakçısı olacaqsınız. Yuxuda günorta vaxtı göydə ulduzları müşahidə etmək – gələcəkdə hakimiyyətə elə elə vicdanlı, ləyaqətli insanlar gələcəklər ki, bütün ölkələr arasında birdəfəlik sülhün bərqərar olmasına nail olacaqlar. Bütün xalqlar ümumi razılığa gələrək sülh şəraitində yaşayacaqlar. Belə yuxunu görən insanı nüfuzlu, mötəbər şəxslərlə tanışlıq gözləyir. Yuxuda çoxlu, xırda ulduzlar görmək o deməkdir ki, gələcəkdə ABŞ-dan hər hansı bir xəbər alacaqsınız. Ola bilsin ki, bu yuxu ABŞ-da baş verəcək hadisələrin bütün dünyanı lərzəyə salacağına işarədir.Yuxuda çoxlu xırda ulduzlar – Amerikanın əlli ştatını simvolizə edən Amerika bayrağının üzərindəki ulduzlardır.Yuxuda səmada ulduzlar yoxa çıxıbsa, bu, uzaq gələcəkdə ağır kosmik qəzaya işarədir. Yuxuda ulduzları suda əksinə tamaşa etmək böyük kəşflərə işarədir. Bu günə kimi məlum olmayan, canlıə varlıqların yaşadığı naməlulm planet aşkar olunacaq.Belə yuxunu görən insan üçün məşğul olduğu sahədə biliklər, məlumatların aşkar olunacağına işarədir.Yuxuda parlayan ulduz görmək Günəşə oxşar ulduzun aşkar olunacağına işarədir.Məhz həmin ulduz gələcəkdə Yeri işıqlandıracaq.Yuxuda ulduzlardan soyuğun gəldiyini hiss etmək əbədi qış əlamətidir.Elə bir zaman gələcək ki, Yerin üzünü buzlaqlar örtəcək. Ulduzun düşdüyü yerdə dayanmaq bir çoxlarının həyatını dəyişəcək qəzaya işarədir.Yuxuda yeni ulduz aşkar etmək – yaxın gələcəkdə sizə təsir edəcək hadisələrə işarədir.Ulduz xəritəsini öyrənmək və onun üzərində səyahət marşrutunu tətbiq etmək ekoloji böhran və xüsusi təhlükəli ərazilərdən miqrasiyanən çoxalmasına işarədir.


Tarix: 22.11.2014 / 22:52 Müəllif: Ebulfez Baxılıb: 67 Bölmə: U hərfi
loading...