beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dava-dava oyunu

Dava dava oynayırdı
Turalla Azad.
Azad “faşistdi “
Tural partizan
İkisi də xoşbəxt, azad.
Qaçırdılar hey aşağı
yuxarı
Birdən “faşist” Azad,
Vurdu bizim Turalı.
Tural əyildi Mehdi kimi
Kinoda gördüyü kimi.
Azad qışqırdı: yıxıl, tez ol!
Birdən Tural
Əl atdı cibinə,
Çıxartdı “ Qumbaranı”-
Bir qırmızı almanı.
Tulladı, al.
Alma dəydi Azada,
Ayağı qalxdı göyə
Başı bulandı toza,
Eşələndi toz elədi
Kinoda da belədi.
Qutardı dava
Başlandı əsl dava-
Oturub Azad
Bir qırmızı almanı
Şirin – şrin yeyirdi,
Yazıq Tural elə hey
Ver almamı deyirdi.


Tarix: 26.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: UŞAQ ŞEİRLƏRİ