beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tural və dəniz (uşaq şeiri)

Dəniz, dəniz, ay dəniz
İndi yaman acmısan.
Uzadıb əllərini
Sahilini qucmusan.

Yemək üçün indi sən
Yamanca ağlayırsan.
Içindəki balığı,
Nə vaxta saxlayırsan?

Yoxsa sənə gülərlər,
Ye balıqdan doyunca.
Çaylar su gətirərlər
İndi sənə ovcunda.

-Bu sözümü, ay Tural,
Sırğa elə qulağa.
Dəniz acından ölər,
Amma dəyməz balığa.


Tarix: 26.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: UŞAQ ŞEİRLƏRİ