beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumruq və şokalad (uşaq şeiri)

Bu gün səhər Azadı
Tural gəlib döyübmüş.
O ki var danlayıbmış
O ki var da söyübmüş.

Azadım ağlamağı
Aşmayıbdı çəpəri.
Bu davadan heç kəsin
Olmayıbdı xəbəri.

Deyin niyə, bəs niyə
Azad sakit olubmuş.
Demə hiyləgər Tural
Yumruğunun içinə
Bir şokolad qoyubmuş.


Tarix: 26.12.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: UŞAQ ŞEİRLƏRİ