beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (21.03.2013)

1556 - İncili ingilis dilinə tərcümə etdiyi üçün yepiskop Tomas Kranmer yandırılıb

1590 - Səfəvilər dövləti ilə Osmanlı arasında İstanbul sazişi imzalanıb

1752 - “Qızılqaya xəyanəti”. Gürcü çarı II İrakli Azərbaycan xanlarını aldadaraq həbs edib

1804 - Fransada Mülki Məcəllə (Napoleon Məcəlləsi) qəbul edilib

1825 - Rus admiral, aviasiyanın pionerlərindən olan Aleksandr Mojayski anadan olub

1861 - Argentinada zəlzələ 18 000 nəfərin həyatına son qoyub

1906 - Səməd Vurğun anadan olub

1918 - Təqribən 1 həftə ərzində daşnak və bolşeviklər Astara və Cavad qəzalarında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib

1918 - Zaqafqaziya Seymi və Türkiyə arasında Trabzon konfransı başa çatıb

1919 - Erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə yol olan Əsgəran keçidini zəbt edib. Lakin bu “uğurun” ömrü az olub

1920 - İran Azərbaycanı de-yure tanıyıb

1921 - Gürcüstan SSR təşkil edilib

1935 - Rza şah dünyaya müraciət edərək ölkəsinin rəsmən İran adlandırıldığını elan edib

1937 - Türkiyənin Tunceli bölgəsində “Dersim üsyanı” deyilən qanlı hadisələr başlayıb

1938 - Siyasi xadim Mirzə Davud Hüseynov vəfat edib

1953 - Sudan muxtariyyət əldə edib

1961 - Fərman Salmanov Sibirdə Megion neft yatağını kəşf edib

1980 - Braziliyalı futbolçu Ronaldo anadan olub

1980 - Cimmi Karter Əfqanıstandakı sovet işğalına etiraz olaraq ölkəsinin Olimpiya oyunlarına qatılmadığını açıqlayıb

1985 - İsrail qoşununun Livana hücumu nəticəsində yüzə yaxın insan həlak olub

1989 - Belçikada yetkinlik yaşı 21-dən 18-ə endirilib

1999 - Rus kilsəsinin Bakı Xəzəryanı Yeparxiyası təşkil edilib

2007 - Azərbaycanla Misir arasında “Anlaşma Memorandumu” imzalanıb...


Tarix: 21.03.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Tarixdə bu gün