beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XOCAVƏND RAYONU QARADAĞLI KƏNDİNİN İŞĞALINDAN 20 İL ÖTÜR

Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 20 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

TARİX:

Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci il Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:Kənd adıİşğal tarixi
Tuğ30.10.1991-ci il
Salakətin30.10.1991-ci il
Xocavənd19.11.1991-ci il
Axullu09.01.1992-ci il
Qaradağlı17.02.1992-ci il
Muğanlı02.10.1992-ci il
Əmiralılar02.10.1992-ci il
Kuropatkino02.10.1992-ci il
Günəşli23.07.1993-cü il
Xətai20.08.1993-cü il


Coğrafi mövqeyi

Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşir, Antropogen cokuntulərindən ibarətdir. Mərmər yatağı var.İqlimi cox yerdə yayı quraq kecən mulayim istidir. Orta temperatur yanvarda -2°C-dən -l°C- yədək, iyulda 24-26°C-dir. llik yağıntı 400-500 mm-dir. Cayları (Kondələncay, Qozlucay, Qurucay və s.) Araz hovzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki ortuyundə yarımsəhra və quru col bitkiləri ustundur. Kolluqlar və enliyarpaqlı meşələr var. Meşələrdə tulku, caqqal, dov an, colsicanı və s. kimi heyvanlar, kəklik, goyərcin və s. quşlar yaşayır. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Qəsəbələr / Kəndlər

Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.

Əhalisiərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Xocavənd rayonu41468100,016904100,024564100,0
Şəhər əhalisi1516136,56577834.18938338.20
Kənd əhalisi2630763,441112665.821518161.80


İqtisadi xarakteristikası

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.


Tarix: 17.02.2013 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Tarixdə bu gün