beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtaliya "Eurovision-2013"ə onu göndərəcək

Bu, 25 yaşlı Marko Menqonidir

İtaliyada məşhur San-Remo musiqi festivalının builki qalibi məlum olub. 63-cü İtaliya mahnı festivalının əsas mükafatı "Qızıl palma"nı "Lessenziale" mahnısı ilə ürəkləri fəth edən 25 yaşlı Marko Menqoni qazanıb. Müğənni həm peşəkar münsiflər heyətinin, həm də tamaşaçıların dəstəyini qazanıb.

Qeyd edək ki, ötən il Marko Menqoni MTV Avropa Musiqi Mükafatını qazanmışdı. San-Remoda isə müğənni digər 13 ifaçını üstələyərək, bu ilin mayında İsveçdə keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində İtaliyanı təmsil etmək hüququ qazanıb.

Yalnız italiyan dilində, ilk dəfə ifa edilən mahnıların yarışdığı San-Remo festivalı, ənənəvi olaraq, "Ariston" teatrında keçirilir. Müsabiqənin 5 mərhələsi fevralın 12-dən 16-dək baş tutub.

Yarışma İtaliyanın "RAİ" telekanalı ilə canlı yayımlanıb. Müsabiqəni 10 milyondan 14 milyonadək italiyalı izləyib.


Tarix: 17.02.2013 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Tarixdə bu gün