beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ-da Xocalı faciəsinə həsr olunmuş aksiya keçirilir

Azərbaycan Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran yeni geniş kampaniyaya başlayıb

ABŞ-da fəaliyyət göstərən qeyri-hökümət təşkilatı olan Azərbaycan Amerika Alyansı (AAA) Xocalı həqiqtlərini dünyaya çatdırıan növbəti geniş kampaniya həyata keçirir. Alyansdan ANS PRESS-ə verilən məlumata görə, bu haqda alyansın rəsmi facebook səhifəsində (https://www.facebook.com/pages ... 54112) məlumat verilir. Belə ki, AAA Xocalı soyqırımı haqqında gerçək faktları geniş kütləyə və dünya ictimaiyyətinə çatdırmaq üçün ABŞ paytaxtı Vaşinqtonun mərkəzi küçələrində Xocalı hadisələrinə dair məlumatları əks etdirən illyuminasiya posteri təşkil edib.

Qeyd edək ki, Azərbaycan Amerika Alyansının 2012-ci ildə Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya yüz milyonlarla insanı əhatə edib. O zaman, kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilib.

Bundan başqa “Washington Post”, “New-York Times” qəzetlərində 26 fevral sayının bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunub. Həmçinin “Washington Post”, “New-York Times” və “Politico” dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilib.

Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”da isə vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”ə gedən avtobuslarda posterlər yerləşdirilib.

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.


Tarix: 17.02.2013 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Tarixdə bu gün