beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

16 May 2015
16 May 2015

Dünyada olan hadisələr
1703 - Sankt-Peterburq şəhərinin əsası qoyulub.
1804 - I Napoleon imperator elan edilib.
1717 - Volter adı ilə tanınan yazıçı Fransua Mari Arue din və krallığa qarşı əsərlər yazdığına görə Bastiliya həbsxanasına göndərilib.
1849 - Karl Marks Almaniyadan sürgün edilib.
1916 - Fransa və Böyük Britaniyaarasında Yaxın Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş imzalanıb.
1920 - Nəriman Nərimanov Moskvadan Bakıya gəlib və vağzalda təntənə ilə qarşılanıb.
1920 - Azərbaycan İnqilab Komitəsi istehsalatda fəhlə nəzarəti haqqında dekret verib.
1940 - Moskvada Azərbaycan ədəbiyyatı həftəsi başlayıb.
1952 - Birləşmiş Krallıqda qadınlara bərabər ödəniş qanuniləşib.
1969 - Sovet planetlərarası kosmik aparatı "Venera-5" Venera səthinə uğurlu eniş edib.
1974 - İosif Broz Tito Yuqoslaviya Sosialist Federativ Respublikasına yenidən və ömürlük olaraq prezident seçilib.
1975 - 36 yaşlı yapon Junko Tabei Everest zirvəsini fəth edən ilk qadın olub.
1993 - Süleyman Dəmirəl Türkiyə Respublikasının prezidenti seçilib.
2000 - Əhməd Necdət Sezər Türkiyə Respublikasının prezidenti seçilib.
2007 - Malta və Kipr 2008-ci il yanvarın birindən etibarən avrodan istifadə edilməsi barədə Avropa Birliyi Komissiyasından razılıq alıb.
2007 - Fransada prezidenti Nikola Sarkozinin andiçmə mərasimi keçirilib.
2007 - 63 ildən sonra ilk dəfə olaraq Estoniyanın Tallin şəhərində sinaqoq açılıb.
2009 - Şri-Lankada müharibə sona çatıb.

Doğumlar
1883 - Cəlal Bayar - Türkiyənin 3-cü prezidenti.
1930 - Nəcəf Nəcəfov - kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçi.
1950 - Arif Quliyev - aktyor.
1953 - Pirs Brosnan - aktyor.
1966 - Canet Cekson - amerikalı müğənni.
1973 - Tori Spellinq - aktrisa.
1974 - Laura Pauzini - müğənni.

Ölümlər
1992 - Arif Nərimanbəyov, operator.


Tarix: 18.05.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Tarixdə bu gün