beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (14.02.2013)

842-ci ildə Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı “Strasburq məramnaməsi” bağlayırlar. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir

1483-cü ildə Moğol hökmdarı Babur anadan olub

1779-cu ildə İngilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb

1869-cu ildə Nadejda Kanstatinovna Krupskaya dünyaya gəlib

1946-cı ildə Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC - Electronic Numerical Integrator and Computer) təqdimatı keçirilib

1949-cu ildə İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib

1956-cı ildə Bakıda telestudiya işə düşüb

1961-ci ildə 103-cü kimyəvi element – lourensium sintez edilib

1978-ci ildə Texasda ilk çip kart patentləşdirilib

1989-cu ildə İmam Xomeyni “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib

1992-ci ildə Azərbaycan hərbi hava qüvvələri yaradılıb

1992-ci ildə MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanıb

2002-ci ildə Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib

2002-ci ildə Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb

2003-cü ildə Klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb

2005-ci ildə Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib


Tarix: 14.02.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Tarixdə bu gün