beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (12.02.2013)

1502-ci ildə Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb

1768-ci ildə Avstriya İmperiyasının imperatoru II Frans dünyaya gəlib

1804-cü ildə alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri İmmanuel Kant vəfat edib

1809 - ABŞ prezidenti Avraam Linkoln anadan olub

1818-ci ildə Çili müstəqillik əldə edib

1911-ci ildə Azərbaycanın xalq artisti tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov dünyaya gəlib

1915-ci ildə Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanov dünyaya gəlib

1920 - Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb

1923-cü ildə Şair İslam Səfərli anadan olub

1924-ci ildə İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı

1931-ci ildə Rusiya İmperator ordusunun artilleriya generalı Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarov vəfat edib

1933-cü ildə Azərbaycanın əməkdar rəssamı heykəltəraş Elmira Hüseynova anadan olub

1940-cı ildə Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Bahadır Vəlibəyov Stalin repressiyalarının qurbanı olub

1946-cı ildə Türk müğənni Ajda Pekkan anadan olub

1957-ci ildə Rəssam. Rəssam Assistenti. Rejissor. Geyim Rəssamı Adil Azay dünyaya gəlb

1964-cü ildə Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub

1990 - Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib

1992 - Monqolustanın Dövlət bayrağı yaradılıb

2002 - Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb

2009 - Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb

2010-cu ildə Gürcüstan idmançısı. Nodar Kumaritaşvili vəfat edib


Tarix: 12.02.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Tarixdə bu gün