beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı haqda

Xocalı
Bu məqalə Xocalı şəhəri
haqqındadır. Rayon üçün Xocalı
rayonu səhifəsinə baxın.
Xocalı — Azərbaycanda şəhər, Xocalı
rayonunun inzibati mərkəzi. Xocalı şəhəri
1992-ci ilin 26 fevral tarixindən
Ermənistan tərəfindən işğal olunub.
Tarixi
Ərazisi ən qədim memarlıq və ilk
mədəniyyət abidələri ilə zəngin olan bu
şəhərdə türbə (XIV əsr), dairəvi türbə
( 1356-1357-ci illər), ətrafında son tunc və
ilk dəmir dövrünə aid nekropol, kurqan
çölü və sairə var.
Xocalı qəbiristanlığı – son tunc və ilk
dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid
arxeoloji abidələr, daş qutu və
kurqanlardan ibarət, müxtəlif tipli saxsı
qablar, silahlar (qılınc, xəncər, nizə və ox
ucluğu, balta-təbərzin), qızıl, tunc,
balıqqulağı, əqiq, şüşə, pasta və sairədən
hazırlanmış bəzək əşyaları, tunc əmək
alətləri və at əsləhələri aşkar edilmişdir.
Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli
qəbir daşı, müqəddəs ziyarətgahlar –
Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı
var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi
arasında, Qarqarçayın sağ və sol
sahillərində XVIII əsrə aid Əsgəran qalası
mövcuddur. İki istehkamdan ibarət qalanı
Qarabağ xanı Pənahəli xan tikdirmişdir.
Sağ sahildəki qala bürcü ikiqat daş
divarlardan ibarətdir. Sol sahildəki qala
dördkünc bürclüdür. Divarların qalınlığı
2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran
arasında sülh danışıqları Əsgəran
qalasında aparılmışdır. Şəhid olmuşdur
613. Əlil olmuşdur 657 •Milli qəhrəmanlar
10 Erməni işğalçıları tərəfindən
dağıdılmış,yandırılmış və talan
olunmuşdur:
Mədəniyyəti
Xocalıda aparılan qazıntilar
zamanı tapılan saxsı qablar
Xocalıda dulusçuluq, daş üzərində işləmə
daha çox inkişaf etmişdi. Sənaye və tikinti
obyektlərinin sayı 29, mədəni-məişət
obyektlərinin isə 80 olaraq qeyd
olunmuşdur.
Coğrafiyası və iqlimi
Xocalı şəhəri Ağdam şəhərinin 18,
Xankəndi şəhərinin 14 kilometrliyində,
Qarabağ silsiləsində yerləşirdi. İqlimi
mülayim-istidir.
İqtisadiyyatı
Şəkillər
Xocalının tarixi-mədəni abidələri
Daş qutu nekropolu – tung dövrü
( Xocalı şəhəri Əsgəran dağı)
Nekropol – ilk tunc və orta tunc dövrü
(Xankəndidən cənubda)
Xocalı kurqanları - ilk tunc və dəmir
dövrü (Xocalı rayonu)
Küp qəbirləri nekropolu – ilk orta əsrlər
(Xankəndinin ərazisində)
Kurqan - dəmir dövrü (Xankəndi
yaxınlığında)
Xankəndi kurqanları - tunc dövrü
(Xankəndidən şimalda)
Xaçınçay nekropolu - ilk tunc və orta
tunc dövrü (Seyidşən kəndindən şimal-
şərqdə)
Küp qəbirləri nekropolu - tung dövrü
(Armudlu kəndindən 2km. İlis kəndinə
tərəf)
Kurqan - tung dövrü (Armudlu
kəndindən 15 km aralı, İlis çayının
sahilində)
Daş qutu nekropolu – dəmir dövrü
(Armudlu kəndi, qəbristanlığın
yaxınlığında)
Köhnə qəbristanlıq - tung dövrü
(çanaqçı kəndi)
Daş qutu nekropolu – dəmir dövrü
(Saruşen kəndi)
Daş qutu nekropolu – dəmir dövrü
(Saruşen kəndi , dağın ətəyində)
Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı
şəhəri)
Türbə – XlV əsr (Xocalı şəhəri)
Alban məbədi - 1100-ci il (Çanaxçı
kəndi)
Alban məbədi - 1065-ci il (Çanaxçı
kəndi)
Alban məbədi - 905-ci il (Şuşa kəndi)
Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
Alban məbədi - 1100-ci il (Xaçmaz
kəndi)
Alban məbədi - 1202-ci il (Armudlu
kəndi)
Qala – X əsr (Maşxmaat kəndi)
Qırxlar qalası – orta əsrlər (Badara
kəndi)
Məbəd kompleksi - VII əsr ( Badara
kəndi)
Qala - IX əsr ( Daşbaşı kəndi)
Əsgəran qalası - XVIII əsr ( Əsgəran
qəsəbəsi)
Aslan qalası – IX əsr (Anabert kəndi)
Mədəb – XIII əsr (Xanabad kəndi)
Erməni işğalı nəticəsində
dağıdılmış abidələr
Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və
Meşəli kəndlərindəki qəbiristanlıqlar;
Dini abidələrdən Meşəlidəki «Seyid
qəbri»;
Xocalı Məbəd Yeri (50 hektar sahədə
100 məbədi əhatə edir);
Ən qədim insan məskənlərindən olan
Azıx mağarası silah anbarına çevrilmişdir;
XIV əsrə aid olan Xocalı Məqbərəsi


Tarix: 26.02.2014 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 329 Bölmə: Tarixdə bu gün