beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (22.01.2014)

Bu günün tarixi
(22.01.2014)

20 Yanvar şəhidləri Bakının ən uca yeri olan
Dağüstü Parkda dəfn edilib

1258 — Hülakü xan Bağdadı mühasirəyə
alıb.
1788 - İngilis şair Corc Bayron dünyaya
gəlib.
1863 — Polşada Yanvar qiyamı - milli azadlıq
hərəkatı başladı.
1891 - İtalyan siyasətçi Antonio Qramsi
dünyaya gəlib.
1898 - Sovet rejissoru Sergey Eyzenşteyn
dünyaya gəlib.
1905 — Qanlı bazar, Rusiyada əsasən
Bolşeviklərin iştirakı ilə baş vermiş ilk inqilab.
1908 - Bakılı fizik, Nobel mükafatı laureatı
Lev Landau dünyaya gəlib.
1910 - 2 dəfə Sovet İttifaqı Qəhrəmanı,
general-mayor Həzi Aslanov dünyaya gəlib.
(ö. 24 yanvar 1945).
1932 — Türk dilində ilk dəfə Azan
İstanbulda məscidlərin birində uca səslə
oxunub.
1944 - aktyor Hacı İsmayılov anadan olub.
1957 — İsrail ordusu Sinay yarımadasından
çəkilib, lakin Qəzza bölgəsində işğal davam
edib.
1969 — Sovet ordusunun kiçik leytenantı
Viktor İlin Sov.İKP MK-nın birinci katibi
Leonid Brejnevə süi-qəsdə cəhd etmişdir.
1970 — Boinq 747 (Boeing 747) ilk dəfə
səfər uçuşuna qalxdı.
1973 — ABŞ-da aborta icazə verilib.
1989 — Keçmiş SSRİ-də ilk dəfə "Beynəlxalq
gözəllik yarışması" keçirilib. Yarışmanın
qalibi türk Məltəm Hakarar olub.
1990 — 20 Yanvar şəhidləri Bakının ən uca
yeri olan Dağüstü Parkda dəfn edilib.
1997 — Madlen Olbrayt ABŞ-ın ilk qadın
dövlət katibi seçilib.
2005 — Şimali Koreyanın Xarici işlər naziri
Kim Ke Qvan elan etdi ki,KXDR-ı nüvə silahına
malik ölkədir.


Tarix: 22.01.2014 / 12:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Tarixdə bu gün