beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1924 - 21 Yanvar Sovet lideri Vladimir Lenin vəfat edib.

Vladimir Lenin
{{Dövlət xadimi
Vladimir İliç Lenin | adın orijinalı rus.
Влади́мир Ильи́ч Ле́нин
Vladimir İliç Ulyanov (Lenin) 1910 | titul
| bayraq | dövr əvvəl = | dövr son = |
sələfi = | xələfi = | doğum tarixi = 22 aprel
1870-ci il | doğum yeri = Simbirsk, Rusiya
İmperiyası | ölüm tarixi = 21 yanvar 1924-
cü il (53 yaşında)
| ölüm yeri = | sülaləsi = | atası = İlya
Nikolaeviç Ulyanov | anası = Mariya
Aleksandrovna Ulyanova | həyat yoldaşı =
Nadejda Konstantinovna Krupskaya |
uşaqları = =
Vladimir İliç Ulyanov (Lenin) (rus.
Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870,
Simbirsk – 21 yanvar 1924, Moskva ətrafı)
— Rusiya inqilabçısı, publisist, SSRİ-nin
qurucusu.
Ailəsi
Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç
KP (B) partiyasının və Sovetlərin
qurucusudur. Vladimir İliç Ulyanov
Simbirskdə xalq məktəbi inspektorunun –
İlya Nikolayeviç Ulyanovun (1831-1886)
ailəsində anadan olmuşdur. Onun atasının
şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur.
Leninin ailəsi çoxmillətli olmuşdur və onun
kökündə bir neçə millətlilik özünü daha
qabarıq göstərir – çuvaş, kalmık, rus,
alman, yəhudi, isveç.
Lenin ata tərəfindən babası Nikolay
Vasilyeviç Ulyanov milliyyətcə çuvaş
olmuşdur. Daha sonralar atası milliyyətcə
kalmık, anası isə bəzi məlumatlara görə
rus olan Anna Alekseyevna Smirnova ilə
evlənmişdir. Nikolay Ulyanovun
ölümündən sonra isə İlya Ulyanovun
qayğısına onun böyük qardaşı Vasiliy
Ulyanov qalmışdır. Qardaşı ona kifayət
qədər təhsil verə bilmişdi ki, o, gedib
Kazan Universitetinin fizika-riyaziyyat
fakultəsinə qəbul olunmuşdur. 1869-cu
ildən Simbir quberniyasında xalq
məktəbinin inspektor və direktoru
işləmişdir. III dərəcəli müqəddəs Vladimir
medalı ilə təltif olunduqdan sonra Lenin
atası 1882-ci ildə irsi dvoryanlıq hüququ
qazanmışdır.
Leninin ikinci (ana tərfdən) babası
Aleksandr Dmitriyeviç Blank (xristianlığı
qəbul etməmişdən əvvəl İzrail Moyşeviç
Blank) hərbi həkim olmuşdur. Daha sonra
Kazan dvoryanlığını qəbul etmişdir.
Tezliklə Kazan quberniyasında Kokuşkino
mülkünə sahib olmuşdur. Leninin anası
Mariya Aleksandrovna və onun dörd bacısı
çox erkən analarını itirmişlər, onları
xalaları tərbiyə etmiş, musiqi və xarici
dilləri onlara tədris etmişdir.
Gəncliyi. İnqilabi fəaliyyətinə
başlaması
1879-1887-ci illərdə təhsil aldığı Simbir
gimnaziyasını qızıl medalla qurtarmışdır.
Daha sonra Kazan Universitetinin Hüquq
fakultəsinə daxil olmuşdur. Tələbə
hərəkatlarında iştirak etdiyi üçün
Universitetdən xaric olunmuşdur.
Onun böyük qardaşı 1887-ci ildə III
Aleksandra qarşı "narodovolçuluq"da
ittiham olunub edam edildi. Bəzi
tarixçilərin yazılarına əsasən Lenin məhz
bu hadisədən sonra tarixi-sirli frazasını
işlətdi – "Başqa cür hərəkət etmək
lazımdır!".
1888-ci ilin payızında Leninə Kazana
qayıtmağa icazə verildi. Burada o,
N.E.Fedosyev tərəfindən təşkil olunmuş
marksist dərnəklərin birinə üzv oldu.
Burada K.Marksın, F.Engelsin və
Q.V.Plexanovun əsərləri müzakirə
olunurdu. Marksın və Engelsin əsərləri
Leninin dünya görüşünün
formalaşmasında mühüm rol oynamışdır –
O, inamlı marksistə çevrilir.
1889-cu idə Lenin Sankt-Peterburq
Universitetində imtahanlardan keçir.
Buranı qurtardıqda sonra proletarların
hüquqlarını müdafiə edən vəkil kimi
fəaliyyət göstərmişdir.
İsveçrədə Q.V.Plexanovla, Almaniyada
V.Libeknextlə, Fransada P.Lafarqom və
başqa beynəlxalq fəhlə hərəkatının
nümayəndələri ilə görüşmüşdü.
1895-ci ildə paytaxta qayıdıb
Y.O.Çederbaumun rəhbərliyi ilə "İşçi Sinifin
Azadlığı Uğrunuda Mübarizə İttifaqı" adlı
cəmiyyət formalaşdırırlar. "Mübarizə
İttifaqı" fəhlələr arasında aktiv təşviqat
işləri ilə məşğul idilər. Onlar tərəfindən 70
vərəq buraxılmışdır.
1895-ci ilin dekabrında Lenin tutulur və
Yenisen quberniyasının Şuşenskoe
kəndinə 3-il müdətinə sürgün olunur.
Burada 1898-ci ilin iyulunda Lenin
N.K.Krupskaya ilə evlənir, türmədə olduğu
müddətdə yazdığı materiallar əsasında
"Rusiyada Kapitalizmin inkişafı" adlı kitab
yazır, bir neçə məqaləni tərcümə edir və
onlar üzərində işləyir. Sürgündə olduğu
müddətdə o 30-dan artıq iş yazmışdır.
I Mühacirət
1900-cu ildə Leninin sürgünlük müddəti
bitdi. Elə həmin il o, Rusiyanı tərk etdi.
Mühacirətdə olduğu müddətdə marksizmi
təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin
əsasını qoymuşdur.
1901-ci ilin dekabrında bu qəzetdə o,
Lenin ləqəbi (onun həmçinin V.İlin, V.Frey,
İ.Petrov, K.Tulin, Karpov və b. ləqəbləri
olmuşdur) ilə öz ilkin məqalələrindən
birini nəşr etdirdi. 1902-ci ildə yazdığı "Nə
etməli? Hərakatımızın ağrılı sualları" işində
o, öz mərkəzləşmiş təşkilat ("Bizə
inqilabçıların təşkilatını verin və biz
Rusiyanı çevirək!") konsepsiyası ilə çıxış
etmişdir.
1903-cü ilin 17 iyulundan 10 avqusta kimi
Cenevrə, Brüssel və Londonda


Tarix: 21.01.2014 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 347 Bölmə: Tarixdə bu gün