beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XALQ ARTISTI LÜTFIYAR İMANOV VƏFAT EDIB.

XALQ ARTISTI LÜTFIYAR İMANOV
VƏFAT EDIB

Yanvarın 21-də 2008 ci ilde gecə saatlarında SSRİ
xalq artisti Lütfiyar İmanov vəfat edib.
APA-nın məlumatına görə, xalq artisti
79 yaşında dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidmətindən bildirilib ki,
mərhumla vida mərasimi bu gün saat
13:00-dan 15:00-dək Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında
keçiriləcək. L. İmanov I Fəxri Xiyabanda
dəfn olunacaq.
Qeyd edək ki, Lütfiyar İmanov 1929-cu
il aprelin 17-də Sabirabad rayonunda
anadan olub. Uzun illər Dövlət
Akademik Opera və Balet Teatrında
çalışan xalq artisti Azərbaycan, rus və
xarici bəstəkarların əsərlərində
(“Koroğlu”, “Nərgiz”, “Azad”, “Vaqif”,
“Karmen”, “Toska” və s.) əsas
partiyaları böyük ustalıqla ifa edib.


Tarix: 21.01.2014 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Tarixdə bu gün