beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (06.06.2013)

1599-cu ildə ispan rəssamı Diyeqo Velaskes dünyaya gəlib

1606-cı ildə fransız dramaturqu Pyer Kornel dünyaya gəlib

1799-cu ildə rus şair və yazıçı Aleksandr Puşkin, Moskvada anadan olub

1850-ci ildə alman fiziki Karl Ferdinand Braun anadan olub

1857-ci ildə Rus riyaziyyat alimi Aleksandr Lyapunov anadan olub

1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırıblar. Hafiz Əfəndi üsyançıların dəstəsi ilə Gürcüstan ərazisinə keçib.

1950-ci ildə Türkiyədə azan yenidən ərəb dilində oxunmağa başlayıb

1951-ci ildə Xalq artisti Xuraman Qasımova anadan olub

1951-ci ildə aktyor Cefri Raş anadan olub

1956-cı ildə pop-müğənni Kriz Ayzek anadan olub

1960-cı ildə musiqiçi Stiv Vey anadan olub

1968-ci ildə amerikalı siyasətçi Robert Kennedi sui-qəsd nəticəsində öldürülüb

2001 - Prezident Heydər Əliyev GUÖAM dövlət başçılarının Yalta sammitində təşkilatın statusunu və strukturlarını müəyyən edən "Yalta Xartiyası"nı imzalayıb. Təşkilatın katibliyinin Kiyevdə yerləşdirilməsi qərara alınıb.

2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serc Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.


Tarix: 06.06.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Tarixdə bu gün