beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FATIHE

1 Mərhəmətli, Rəhmli Allahın adı ilə!
2 Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
3 (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4 Haqq-hesab (qiyamət) gününün sahibinə!
5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6 Bizi doğru (düz) yola yönəlt!
7 Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!


Tarix: 04.01.2013 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Sureler