beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəriman Nərimanov

Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu (14 aprel 1870, Tiflis, Gürcüstan – 19 mart, 1925, Moskva, Rusiya) — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramartuq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi milli romanımızın (Bahadır və Sona) ve ilk tarixi faciənin (Nadir Şah) banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və bu sayədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücədalədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməklərinin əvəzini verməyə təklif ettiyində isə Nərimanov ona Qardaş qardaşa borc verməz, əlindən tutar. deyə cavab göndərmişdir.

Həyatı

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur[1]. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini azərbaycan dilinə çevirmişdir. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

Poçt markası (1997)

N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir.

N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Maraqlı faktlar

Doğum tarixinin təhrifi

Azərbaycan tarixçilərindən bəziləri sovet dövründə Nərimanovun doğum tarixini 1871-ci il yazırdılar. Uzun müddət də Nərimanovun anadan olduğu tarix 1871-ci il yazıldı. Sonradan yenə də Nərimanovun doğum tarixi 1870-ci il göstərildi[2].

Əsərləri
Nadir Şah
Bahadır və Oğlu
Qonaqlıq
Bahadır və Sona
Şahmandarbəy


Tarix: 13.01.2013 / 13:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 661 Bölmə: Siyasətçilər