beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SiyasətçilərMəmməd Əmin Rəsulzadə

[color=#fd5b36]Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: محممدامین رسول‌زادهMəmməd Əmin Rəsulzadə
Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə

Azərbaycan Milli Şurasının sədri

27 may 1918 — 7 dekabr 1918

Partiya:Müsavat Partiyası
Milliyəti:azərbaycanlı
Təvəllüdü:31 yanvar 1884-cü il
Novxanı, Bakı,
Rusiya İmperiyası
Vəfatı:6 mart 1955-ci il (71 yaşında)
Ankara, Türkiyə
Atası:Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Uşaqları:Azər bəy

İmzası:


Məmməd Əmin Rəsulzadə (d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına Ardı »

SiyasətçilərAtatürk

XX yüzillikdə biz dünyaya Üzeyir bəy və Məmmədəmini, osmanlılar isə Ənvər paşa və Atatürkü bəxş etmişdir.

Ənvər paşa erməniləri türklərin vətənindən qovdu, mərd-mərdanə müharibəyə girdi, azərbaycanlıları kütləvi qırğından xilas edib onlara müstəqillik yolu açdı və nəhayət əlində qılınc rus pulemyotu üzərinə yeridi.

İngilis tarixçisi Seton Lloyd Dəclə və Fərat hövzəsi ölkələrinin tarixinə həsr olunmuş əsərində Atatürkü makedoniyalı İsgəndərlə bərabər tutub, onların hər cəhətdən oxşar olduğunu bildirir.Axı Atatürk də makedoniyalı idi.Makedoniya isə o zaman türk əyaləti idi. Ardı »

SiyasətçilərAdolf Hitler

Adolf Hitler Kimdir?
HƏYATİ...
Adolf Hitler Bioqrafiyası
(1889 - 1945)

Adolf Hitler, 20 Aprel 1889-cu ildə Yuxarı Avstriyanın Braunau qəsəbəsində doğuldu. Bir gömrük məmuru olan Alois Hitler (1837-1903) və Klara Pölzl (1860-1907) 'ün altı uşağından dördüncüsüdür.
İlk təhsilini doğulduğu qəsəbədə, orta təhsilini Linz şəhərində etdi. On üç yaşında vərəmdən atasını (Hitlerin məmur olmasını istəyən atası Alois Hitler ilə arası açılmışdı çünki özü sənətçi olmaq istəyirdi), on səkkiz yaşında (1907) anasını itirdi. Orta təhsilini müvəffəqiyyətsiz bitirincə rəssam olma ümidiylə Viyana Gözəl Sənətlər Akademiyası imtahanına girdi ancaq müvəffəqiyyətsiz oldu.
Alman Tarixi dərslərində Akademiyadakı professorların Yəhudi olduğu, və Yəhudilərə qarşı ilk kinin burada meydana gəldiyi Ardı »

SiyasətçilərAyaz Mütəllibov

Ayaz Mütəllibov — Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi.

HEYATI


Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur.

1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda nazirlər şurasının Ardı »

Siyasətçilərİlham Əliyev

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).

Həyatı

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində Ardı »

SiyasətçilərQəzənfər Musabəyov

Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888 — 9 fevral 1938) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya olunmuşdur.

Həyatı

1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakultəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olmuşdur. 1929-1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır. Lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir.

Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb Ardı »

SiyasətçilərƏbülfəz Elçibəy

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 24 İyun 1938'ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universiteti-nin (Universitet yaxın vaxtlara qədər M.Ə.Rəsulzadə-nin adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965'ci ildə BDU'nin aspiranturasına daxil olur və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayəb. “Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix Ardı »

SiyasətçilərMəmməd Əmin Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, Ardı »

SiyasətçilərUinston Çörçill

Ser Uinston Leonard Spenser Çörçill – (ing. Sir Winston Leonard Spencer-Churchill) 30 noyabr, 1874 – 24 yanvar, 1965 – ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri.


Həyatı

Uinston Çörçill 1874-cü ildə Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı “Morninq Post” qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi Ardı »

SiyasətçilərHeydər Əliyev

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Ardı »

SiyasətçilərTeodor Ruzvelt

6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da Ardı »

SiyasətçilərJan Pol Bokassa-adamyeyən prezident

[color=#039b80]Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.
Prezidentliyə doğru

Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Ardı »

SiyasətçilərTarixin şəxsiyyət yaddaşı | Uinston Çörçill

[color=#b53dd2]Əsl tarixi şəxsiyyətlər o kəslər sayılır ki, onlar tarixin özünü yaradırlar. Böyük Britaniya Krallığının yarım əsrlik bir dövründə liderlik mövqeyini əldən verməyən Uinston Çörçill də belə şəxsiyyətlərdən biri olub. İyirmi beş yaşından ciddi siyasi fəaliyyətə başlayan Çörçilin siyasətçi adının qarşısına başqa adlar da əlavə etmək olar - memar, rəssam, jurnalist, tarixçi, yazıçı, yaxud sadəcə şlyapalı adam, Tanrı ilə görüşə hazır olan, Tanrının isə bu çətin sınağa hazır olduğuna sübhə ilə yanaşan...

Bu nəhəng və maraqlı siyasətçinin dünyaya gəlişi də maraqlı olub. Uinston 1874-cü ildə Blenheym şəhərində anasının hamiləliyinin yeddinci ayında qarderobda - qadınların soyunma otağında dünyaya göz açıb. O ata tərəfdən hersoq Ardı »

SiyasətçilərStalinin zarafatları

[color=#6a60ec]Stalin öz ölüm qoxulu zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən "zarafat" lardan biri erməni Mikoyanla bağlı idi.Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən erməni Mikoyana üzünü tutub deyirdi: Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan " lezqinka " rəqsi ilə diktatoru əyləndirən erməni Mikoyanın yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanırdı.Bu "zarafat" ən müxtəlif variantlarda təkrar olunurdu: Anastas, mən axı sənə demişdim: O satqın 27-ci komissarı tap! Tapdınmı? "Mikoyan hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: " Çalışıram, axtarıram"- deyirdi.

Stalinqradın adını dəyişib Ardı »

SiyasətçilərBöyük Britaniya kraliçası-II Yelizaveta

[color=#c238dd]Kraliça II Yelizavetanın Edinburq hersoqu, şahzadə Filiplə brilliant toyu münasibətilə Bukingem sarayı tərəfindən onların nikahı barədə bəzi faktlar açıqlamışdır. İndiki kraliça - özünün brilliant toyunu tarixdə ilk dəfə qeyd edən Britaniya monarxıdır. Şahzadə Yelizaveta və Filip 1934-cü ildə Filipin qohumu, yunan şahzadəsi Marina və şahzadə Yelizavetanın qohumu Kent hersoqunun toyunda tanış olmuşlar.
Şahzadə Yelizaveta və leytenant Filip Mauntbattenin nişanlanması haqqında 1947-ci il iyulun 9-da elan edilmişdir. Yunanıstan və Danimarka şahzadəsi Filip Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasında xidmətə 1939-cu ildə daxil olmuş və İkinci Dünya Müharibəsindən sonra 1947-ci ilin fevralında Britaniya vətəndaşlığı almışdır. Donanmada gələcək işini davam etdirmək üçün şahzadə Filip özünə Ardı »

SiyasətçilərVladimir Lenin

«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin

«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, Ardı »

SiyasətçilərƏbülfəz Elçibəy

Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident.

Həyatı

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ardı »

SiyasətçilərCəfərqulu xan Naxçıvanski

Cəfərqulu Xan Naxçıvanski (5 fevral, 1859 — 1929) – görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.

Fəaliyyəti

Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.

Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Ardı »

SiyasətçilərFətəli xan Xoyski

Xoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) — Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).

Həyatı

Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.

1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə[3] Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə Ardı »

SiyasətçilərHeydər Əliyev

[color=#b53dd2]Əliyev Heydər Əlirza oğlu (d. 10 may 1923-cü il, Naxçıvan, Azərbaycan SSR, SSRİ - ö. 12 dekabr 2003-cü il, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci Ardı »