beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atatürk

XX yüzillikdə biz dünyaya Üzeyir bəy və Məmmədəmini, osmanlılar isə Ənvər paşa və Atatürkü bəxş etmişdir.

Ənvər paşa erməniləri türklərin vətənindən qovdu, mərd-mərdanə müharibəyə girdi, azərbaycanlıları kütləvi qırğından xilas edib onlara müstəqillik yolu açdı və nəhayət əlində qılınc rus pulemyotu üzərinə yeridi.

İngilis tarixçisi Seton Lloyd Dəclə və Fərat hövzəsi ölkələrinin tarixinə həsr olunmuş əsərində Atatürkü makedoniyalı İsgəndərlə bərabər tutub, onların hər cəhətdən oxşar olduğunu bildirir.Axı Atatürk də makedoniyalı idi.Makedoniya isə o zaman türk əyaləti idi.
Mustafa 1881-ci il mayın 19-da Salonikidə gömrük məmuru Əli Rza Əfəndinin ailəsində anadan olmuşdur.Anası Zibeydə xanımla Əli Rza 1871-ci ildə evlənmişdilər.Əli Rza Əfəndi 1888-ci ildə vəfat edəndə balaca Mustafanın 7 yaşı vardı.
Əvvəlcə, fərdi məktəbdə təhsil almış, sonra isə hərbi məktəbə daxil olmuş, orta, daha sonra isə ali türk hərbi məktəblərini bitirmişdir.Ona "Kamal" adını məktəbdə böyük zəka və qabiliyyət göstərdiyinə görə müəllimi vermişdir.Nəhayət, 1905-ci ildə "Qərargah Kapitanı" rütbəsində hərbi akademiyanı bitirib, Suriyanın Şam şəhərinə təyinat aldı.Onun çoxlu dostları vardı, mədəniyyət, ədəbiyyat və incəsənətə sonsuz maraq göstərirdi.Lakin qəlbini bütünlüklə hərbi sənətə vermişdi.Və bu elə bir dövr idi ki, vətəninin məhz sonuncu sənət sahiblərinə həyat qədər zəruri bir ehtiyacı vardı.
Oyanan, hərbi texnika cəhətdən hədsiz dərəcədə güclənən Avropa və Rusiya birləşib türk imperiyasını parçalamağa və onun ayrı-ayrı hissələrinə sahib olmağa hazırlaşırdılar.Avropa gələcək Dünya Müharibəsi üçün qüvvə toplayırdı.
Mustafa Kamal imperiyanın müxtəlif guşələrində hərbi-inzibati, sonralar isə döyüş vəzifələrini yerinə yetirməklə siyasi fəaliyyətdən bir gün də kənarda qalmırdı.Vəzifə və tapşırıqları həmişə əla yerinə yetirdiyinə görə rütbəsi də artırdı.Doğrudur, baş qərargahda bu mütərəqqi zabiti xoşlamırdılar, onu çətin sahələrə göndərirdilər ki, uğursuzluğa düçar edib sonra cəzalandırsınlar.Lakin öz zəka və inadı ilə gənc Mustafa hər dəfə işin öhdəsindən müvəfəqiyyətlə gəlir və rəhpərlik istər-istəməz onun rütbəsini də yüksəltməli olurdu.1911-ci ildə o artıq Tripolidə italyan işğalçılarına qarşı səhra döyüşlərində iştirak edir, bir il sonra isə Mayor rütbəsində Ədirnə uğrunda döyüşlərdə komandanlığın əsas üzvlərindən biri olur.Nəhayət 1914-cü il avqustun1-də Almaniyanın öz qədim, irqi düşməni olan Rusiyaya müharibə elan etməsilə I Dünya Müharibəsi başladı.

Hadisələrin gedişi istər-istəməz türkləri müharibəyə qoşulmağa məcbur elədi.Mustafa Kamal Rumelidəki 19-cu diviziyanın komandiri təyin edildi.O, diviziyanı sürətlə genişləndirərək piyada və topçu alayları ilə bərabər hərbi dairə yaratdı.Həmin dövrlərdə, yəni 15-ci ilin əvvəllərində ingilis donanması Dardaneli keçməyə təşəbbüs etmişdi, lakin Mustafa Kamalın topçu alayının atəşləri buna imkan verməmişdi.İngilislər quruya böyük desant qüvvəsi çıxarıb məqsədlərinə nail olmağa çalışdılar.Alman generalı Limon fon Sandere ordu komandanı, Mustafa Kamal isə ona köməkçi təyin olundu.Burada qızğın döyüşlər getdi. Çoxlu itki versələr də ingilislər irəliləyə bilmədilər. Polkovnik Mustafa Kamalın qoşunu inadla qəhrəmanlıq nümunələri göstərirdi.İngilislər hirslənib Çanaqqakaya yeni-yeni qüvvələr çıxardılar.Vəziyyət gərginləşdi, həmişə olduğu kimi Mustafa Kamal yenə döyüşlərin ən qızğın yerində olurdu.Amma tale onu qoruyurdu.Axır ki, ingilislərin indı qırıldı və onlar Çanaqqaladan geri çəkildilər.
Polkovnik Mustafa Kmal Ümumterk qəhrəmanı oldu.1916-cı ilin aprelində Mustafa Kamala general rütbəsi verildi və o, Diyarbəkir vilayətinin Bitlis-Muş cəbhəsində ruslara qarşı döyüşən orduya komandan göndərildi.General bir ay müddətinə rus işğalçılarını vilayətdən qovdu.
Mustafa Kamalın bundan sonrakı fəaliyyəti onun nəinki dahi sərkərdə, həm də dahi inzibatçı-rəhbər olduğunu göstərdi.Onun sərkərdəliyi ilə osmanlılar birləşmiş Avropa ordularının hücumlarına sinə gərdi, imperiya əldən çıxsa da türklərin ana ocağını-Kiçik Asiyanı Avropa və Asiya quzğunlarından xilas elədi.Min illik dövlətin bətnində yeni bir dövlət yaratdı.Nəhayət 1922-ci ilin avqustun 26-da böyük Sakarya qələbəsi ilə yeni, azad Türkiyənin əsasını qoydu. Yüz minlərlə döyüşçünün iştirak etdiyi bu məşhur yunan-türk döyüşü düz bir aya qədər çəkdi və bütün dünyaya göstərdi ki, terklər lazım olduğu vaxtda böyük oğullar yetirə bilər və həm də döyüş, vuruş türkün əsas sənətidir.Çünki türkdilli xalq döyüşməyi, vuruşmağı özünə peşə etməsə, istiqlaliyyət qazana və onu əldə saxlaya bilməz.
On ildən bəri illərlə cəbhədə güclü və amansız düşmənlə vuruşmalardan sonra hərbi texnika cəhətdən geridə qalan 10 milyonluq bir xalq yağı düşmən olan yunanların generalları da içində olmaqla 100 000-dən çox qoşununu əsir tutmaqla, azadlıq uğrunda uzun, inadlı döyüşlərin son nöqtəsini qoydu.
Çox maraqlıdır ki, Atatürkün dəfn mərasimində yunan dövlətinin nümayəndəsi kimi məhz vaxtilə Atatürkə məğlub olub əsir düşən general Trikupis iştirak etmişdi.
Tarixçi A.Miller haqlı olaraq Mustafa Kamalın bu qələbələrini "Anadolu epopeyası" adlandırır.
Bundan sonra Türkiyə respublika elan olundu və o, Atatürkün saysız-hesabsız qərarlarıyla yeni, müasir,azad, demokratik respublikaya çevrildi.
Atatürkün türk xalqına bəxş etdiyi ən böyük ərmağan azadlıq idi.Məhz bu azadlıq nəticəsində xalqın xarakteri dəyişilməz qaldı, mənliyi, şəxsiyyəti təhqir olunmadı.Xalq mütiliyin, köləliyin nə olduğunu bilmədi.
Atatürkün daha bir xidməti Türkiyədə marksizm-kommunizm ideyalarının və partiyalarının meydan açmasına imkan verməməsi oldu.Onun bu ənənəsi sonrakı siyasi rəhbərlər, xüsusilə C.Bayar və A.Menderes tərəfindən davam etdirildi və nəticədə Türkiyə ən qorxunc təhlükədən-kommunist diktaturasından xils oldu.Halbuki, xalqın içində, xüsusilə kommunizm ideyalarına müəyyən meyl vardı.Təbiətcə sadəlöv olan türklər kommunist təbliğatının cəzbedici şüarlarına asanlıqla inanırdılar.
Atatürk 1938-ci ildə vəfat etdi və cənazəsi mumiyalanıb möhtəşəm məqbərəyə qoyuldu.


Tarix: 08.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 929 Bölmə: Siyasətçilər