beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gece Oxusu...Gulsatan Qoca ..04.01.2013

Bu seher de onun ucun hemise oldugu kimi acilmisdi.
Ferqli hec ne yox idi ve neye gorese emin idi ki, ferqli
hec ne olmayacaqdi. Saatin eqreblerin yerini
deyisdikce artiq verdis halini almis gundelik islerini
ardicilliqla yerine yetirecekdi. Seher yemeyi de hemise
oldugundan ferqli deyildi: bir fincan cay. Cayini icib evden cixdi. Dukanina teref yollandi. Gul dukanina
teref. Bu dukan ona atasindan qalan tek yadigar idi.
Cox sevirdi bu dukani ve gulleri. Artiq 52-ci baharini
yasayirdi ve omrunun 27 ilini bu dukanda gullerle
birlikde kecirmisdi. Qocanin heyatinda bu dukanin
ozunemexsus, evezolunmaz yeri vardi. Bu yer ona cox dogma idi...
Tek idi. Tek yasayirdi, amma tenha deyildi.
Danismaga hemise xeyali bir personaji vardi. Cox
vaxt adlari gul adlari olardi. Tenhaligini bu yolla
aldatmisdi. Tek olmasi ise oz secimi idi. Atasindan
sonra heyatina gire bilecek tek insan sevdiyi qadin ola bilerdi ki, ondan da imtina etmisdi. Ya da qadin
ondan imtina etmisdi. Bunu hec ozu de anlaya
bilmirdi. Ayriliqlari o qeder gozlenilmez, o qeder
qeyri-adi olmusdu ki, qoca hele de ayrilmaqlarinda
kimin daha cox gunahkar olduguna qerar vere
bilmirdi. Bezen ozu idi gunahkar, bezen de sevgilisi. Amma bir seyi deqiq bilirdi. Ayrildiqlarindan sonra
qoca gulleri daha cox sevmisdi. Cunki guller onu hec
vaxt terk etmemisdi, etmeyecekdi de. Hetta o
vaxtlarda bele qoca bundan emin idi. İndi ise
yaddasinda sevgilisi ile bagli yalniz iki xatire qalmisdi.
Ozunun etdiyi sevgi etirafi ve son olacagini evvelceden bilinmeyen son gorusleri.
O vaxt 25 yasindaydi. Hele tezece gul dukaninda
islemeye baslamisdi. Sevdiyi qizi da ele ilk defe bu gul
dukaninda gormusdu. Cox xosuna gelmisdi. İndi ise
onun o vaxtlar nece gorunduyunu yadina sala
bilmirdi. Harda yasadigini da ele hemin gun oyrendi. Bextinden qizin yasadigi ev dukandan cox da uzaq
deyildi. Her gun seher onun kececeyi kuceni izleyir,
sevgilisini gorende cox sevinirdi. Artiq emin idi ki,
sevgilisi her seyi onun gozlerinden basa dusub,
amma buna baxmayaraq ozunde sevgisini etiraf ede
bilecek cesareti hec cur tapa bilmirdi. Nehayet coxdan aglina gelen bir fikri heyata kecirdi. Bir gun
seher sevdiyi qiz evlerinden cixanda yerde, qapini
yaninda bir mavi qizilgul leceyi gordu. Bir addim
irelide daha bir lecek vardi. Qapidan uzaqlasdiqca
lecekler daha da yaxin duzulmusdu ve getdikce yolu
tam mavi renge buruyurdu. Qiz ise bu lecek yolu boyunca addimlayirdi. Bu addimlarin onu hara aparib
cixaracagini artiq anlasa da, butun bunlarin ne ile
biteceyini oyrenmek ucun yolu sonunadek
gedeceyine qerar vermisdi. Ve bu da yolun sonu...
Gul dukani... Elinde boyuk bir mavi qizilgul destesi
tutmus oglan... Her terefde ise mavi leceklerden hazirlanmis urek formasinda fiqurlar... Elave serhe
ehtiyac yox idi. Her ikisinin memnunlugu uzlerindeki
ifadeden belli idi... Her sey bax belece baslamisdi...
Ve son gorus...
Bos kuce boyunca el-ele tutaraq addimlayirdilar.
Nece oldusa sozleri isteklerden dusdu. En cox neyi ya da kimi sevdiklerinden.
- Sevdiklerinin arasinda ilk yerde olan nedir?
- Guller...
- Guller???
- He, guller.
- Bes men? - Sen ikincisen.
- Birinci yerde olmagimi isterdim...
- Guller hec vaxt ikinci olmayacaq... Heyatimda olan
her seye gore onlara borcluyam.
- Meselen, neye gore?
- Sene gore... Seni ilk defe gul alarken gormusem. Sevgimi gullerle etiraf etmisem. Onlar olmasaydi...
- Men de olmazdim?!
- Belke de...
- Ele ise, onlarla ya da onlarsiz men daha senin ucun
yoxam!!!
- Basa dusmedim??? - Ne qeder ki, seni heyatinda men ikinciyem meni
unut. Elvida!
- .... Elvida...
İlk vaxtlarda bu dialoqun ciddiliyine inana bilmirdi.
Her sey ona xeyal kimi gorunurdu, amma bunlar
heqiqet idi. Sevdiyi qiz o gun getdi ve bir daha geri qayitmadi. Hardan bileydi ki, oglanin heyatindaki
“her sey” ele o ozudur? Her seyi gullere gore
qazanmisdi, gullere gore de itirdi. O vaxtlar bu
itkisine gore gullere nifret edeceyini dusunurdu.
Amma bu bele olmadi. Cunki guller onu oldugu kimi
qebul edirdi. Dusunurdu ki, sevdiyi qiz sehvini anlayacaq ve geri qayidacaq. Amma qayitmadi... O
gunden tek olmaq yazildi geleceyine. Ozu yazdi... İndi
sevgi ile bagli kecmisden qalan yalniz bu iki xatire idi
onun ucun. Basqa hec neyi xatirlamirdi.
Artiq gunortadan kecmisdi. Herden gelib-geden
musterilerden basqa demek olar ki, bu gun dukandaki sukutu pozan olmamisdi. Qoca sebebini
ozu de bilmeden 8 marti dusunurdu. Hec sevmirdi bu
gunu. Baxmayaraq ki, en cox musterisi olan gun
hemin gun idi. Hemin gun gul dukaninda ilk defe ve
ya bayramdan-bayrama gorduyu adamlardan hec
xosu gelmezdi. Onun fikrince qadinlar yalniz 8 martda alinacaq sunii tebessumlu tebii gullere layiq
deyildi. Qadinlara mueyyen gunlerde ve ya her gun
deyil, onlarin gozlemediyi bir gunde, gozlemediyi bir
anda gul hediyye etmeyin daha semimi oldugunu
dusunurdu. Ailesi olsaydi o bele ederdi... Sevdiyi iki
seyi bir yerde gormek onun ucun dunyalara deyerdi: Qadinini ve guller...
Birden kuceden kecen birisini uzaqdan tanidi...
Ellerinde gul destesi vardi. Amma bu guller onun
dukanindan alinmamisdi. Dusunceler yene onu
qoynuna aldi: “Akif... Akifdir... Elinde de qizilgul
destesi. Yaxsi oglandir. Hele cavanligindan taniyirdim onu. O vaxtlar bir qizi sevirdi. Her goruse gedende
gelib menden gul alardi. Bezen gulleri ona peskes
ederdim. Kimdir indi her gorusde sevdiyi qiza gul
veren? Diger terefden de kimdir indi verilen gullerin
qedrini bilen? Hediyyeler cildini deyisib bu dovrde...
Ehh... Akifin toy gunu yadimdadir... Gozel bir gul destesi hediyye etmisdim onlara. Gulsatanin
hediyyesi basqa ne olacaq ki? Cox sevincli
gorunurduler hemin gun. Bir il sonra bir ogullari da
dunyaya geldi. Adini xatirlaya bilmedim nese...
Yaddasim yasima teslim olmaga hazirmis sanki. He,
ogullari oldu. Akif her gun olmasa da herden gelib menden gul alardi. Xosbext idiler... Amma dunya
onlara oz gulusunu cox gordu. Keder qondurdu
uzlerine. Bir gun Akifden yoldasinin berk xeste
oldugunu oyrendim. Cox uzuldum. Xerceng... Onu
xestexanada mualice edirdiler. Akif bacardiqca
yanindan ayrilmirdi. Ayrilanda da mutleq gullerle qayidirdi yanina. Ehh,dunya... Bir gun Akif menden
coxlu qerenfil aldi. O vaxt oyrendim ki, yoldasi uc
gundur ki, rehmete gedib. Bezen qerenfilleri hec
sevmirem... O vaxt oglanlarinin uc yasi olardi. İndi
yeqin boyuyub. 15-16 yaslarinda olmalidir. Sonralar
Akifi az-az, tedricen ise ilde iki defe gul dukaninda gorurdum. 23 iyunda ve 12 sentyabrda... Yoldasinin
dogum ve olum gunlerinde. Oglu ile gelerdi her defe.
Bir deste qerenfil alardilar. Hara gedeceklerini texmin
etmek cetin deyildi. Artiq dord ildir ki, Akifi gul
dukuninda gormurem. Sonuncu gelisi yadimdadir.
Bilmirem hansi gun idi, amma ne 23 iyun, ne de 12 sentyabr deyildi. Menden qizilgul destesi istedi. Qeyri-
ixtiyari teeccublendim. İndiyedek o zamanki
teeccubume gore vicdanimla hesablasa bilmirem.
Akif onda qipqirmizi qizardi. Cox xecalet cekdim.
Nese demeye dilim soz tutmadi. Ele hey ozumu
qinayirdim. Gulleri ona verdim. Getdi... Bir daha onu gormedim. Ne 12 sentyabrda, ne de basqa bir vaxt...”
Artiq hava qaralmisdi. Qoca dukanini baglayib eve
teref yollandi. Yol boyu yaddasinin derinliklerinde
eselenirdi. Ancaq hec cur Akifin oglunun adini
xatirlaya bilmirdi. Meyus idi. Sanki unutqanligindan
xecalet cekirdi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 378 Bölmə: Sevgi varmı?