beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***LiNZa***

Gənc oğlan yaxşı bir alpinist
idi. Bir gün cəsarətini
toplayıb alpinist qrupuna
qatılır. Dırmaşacaqları yerə
çatanda qarşılarına hardasa
divar kimi dik, böyük və
qayalıq bir yamac çıxdı.
Bütün qorxularına
baxmayaraq gənc oğlan
əzmli idi. Təhlükəsizlik
kəmərini taxdı, ipdən
yapışaraq qayanın dik üzünə
dırmaşmağa başladı. Bir
müddət dırmaşdıqdan sonra
dincələcəyi bir oyuq tapdı.
Orada asılı vəziyyətdə
dayanarkən yuxarıda ipi
tutan adam fikri dağılaraq ipi
boşaldırdı. Qəflətən boşalan
ip sürətlə gənc oğlanın
gözünə dəyərək onun
linzasının düşməsinə səbəb
oldu.
Linza çox kiçikdi və tapılması
hardasa imkansız idi. Linza
yamacın ortasında qalmışdı
və gənc oğlan artıq bulanıq
görürdü. Ümidsizlik içində
gənc alpinist linzasını
tapması üçün yalnız Allaha
dua edə bilərdi... Və ürəyində
dua etməyə başladı: "Allahım!
Sən bu anda buradakı bütün
dağları görürsən. Bu dağlar
üzərindəki hər bir daşı və
yarpağı bildiyin kimi, mənim
linzamın yerini də bilirsən.
Onu tapmağıma yardım et!.."
Cığırlarla yeriyərək aşağı
endilər. Aşağı endikləri vaxt
dağa dırmaşmaq üçün
buraya gələn yeni bir qrup
gördülər. Onlardan bir dedi:
"İçinizdən linzasını itirən
varmı?"
Gənc oğlanın sonradan
öyrəndiyinə görə, linzanı bir
qarışqa daşıyırdı və qarışqa
yeridikcə qayanın üzərində
hərəkət edib parıldayan linza
qrupdan bir nəfərin
diqqətini cəlb edir. Gənc
oğlan evə qayıtdıqda
linzasını necə tapdıqlarını
atasına danışacaq və
karikaturaçı olan atası da
ağzı ilə linza daşıyan bir
qarışqa şəkli çəkəcək və bu
qarışqanın dilindən bu
sözləri yazacaqdı: "ALLAHIM!
Bu nəsnəni nə səbəblə
daşıdığımı bilmirəm. Bunu
yeyə bilmərəm və hardasa
daşıya bilməyəcəyim qədər
ağırdır. Amma istədiyin
sadəcə bunu daşımağımsa,
Sənin üçün daşıyacağam."


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi varmı?