beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**BaGiWLa_MeNi,ATA**

Evliliyindən bəri evində qalan
atasına görə arvadı ilə çox
davaları olmuşdu. Həyat yoldaşı
onun atasınının onlarla
yaşamağını istəmir və onun
evdə artıq olduğunu fikirləşirdi.
Bu səbəbdən bu evdə davalar
çox olardı.
Bir gün davaların birində arvadı
"Ya mən bu evdən gedəcəm ya
da atan burda qalmayacaq" deyə
bağırdı. Nə edəcəyini bilmədi.
Arvadını itirmək istəmirdi.
Atasına görə yaranan davalar
nəzərə alınmasa xoşbəxt bir
ailəsi, onu sevən arvadı, uşaqları
var idi. Arvadını çox sevirdi.
Çarəsizlik içində nə edəcəyini
fikirləşdi və özünə görə bir həll
yolu tapdı. Atasını, illər öncə ov
marağına görə düzəltdirdiyi dağ
başındakı komaya aparacaqdı.
Həftədə bir dəfə yanına
gedəcək, ehtiyacı olanları alacaq,
beləliklə də bütün problemlər həll
olunacaqdı.
Atasına lazım olan əşyaları
toplayıb onu maşına əyləşdirdi.
Oğlu "ata,mən də babamla
getmək istəyirəm" dedikdə atası
onu da özüylə götürdü. Hava çox
soyuq idi və qar dizdən idi. Uşaq
atasından tez-tez hara
getdiklərini soruşurdu amma heç
bir cavab ala bilmirdi. Qoca isə
hara aparıldığını başa düşmüşdü,
o gizli-gizli göz yaşları tökür,
lakin bunu bəlli etmirdi.Uzun
yoldan sonra dağ evinə çatdılar.
Dağ evi uzun müddət baxımsız
qaldığı üçün pis vəziyyətdə idi
və çürüməyə başlayırdı. Evin bir
küncünü təmizləyib atasına yer
saldı. Sonra əşyaları içəri daşıdı.
Nəhayət atasını yatağına uzatdı.
Çarəsizlik içində atasına baxdı.
Daxmanın içində belə fırtına
əsdiyindən atası artıq üşüməyə
başlamışdı. Sabah yenə gələr və
bir neçə yorğan-döşək gətirərəm
deyə fikirləşdi. Elə qəmgin idi ki,
sanki dünya başına çökürdü. O
bu duyğular içindəykən atası
sakitcə dururdu. İllərcə uğrunda
əziyyət çəkdiyi oğlu tərəfindən
bir dağ evinə
gətirilmişdi...Qürüru
tapdanmışdı...İçi yanırdı...amma
heç nə bildirmirdi...Uşaq isə
olanlardan heç nə başa
düşməyib təəccüblə baxırdı.
Artıq getmək vaxtı idi. Atasının
yanağına əyildi və yanaqlarını,
əllərini dəfələrlə öpdü. Onu
bağışlamasını deyirmiş kimi
atasını qucaqladı. Artıq ikisi də
ağlayırdı. Buna məcburam deyən
baxışlarla atasına baxdı və
uşağın əlindən tutub getdi.
Atası ilə maşına minən uşaq niyə
babamı o soyuq yerdə qoydun
deyib ağlamağa başladı. Atası
deyəcək söz tapmırdı. "Anan belə
olmasını istədi" də deyə bilmirdi.
Uşaq, "Ata, sən yaşlananda
məndəmi səni buraya
gətirəcəm?" deyib soruşanda
dünya başına yıxıldı. O sualın
verildiyi anla maşının
istiqamətini geri çevirməsi bir
oldu. Dağ evinə qaçaraq "Ata,
məni bağışla" deyib yalvarmağa
başladı.Ata-oğul bir-birilərini
qucaqladılar və uşaq kimi
ağlamağa başladılar. "Ata, sənə
bütün bunları yaşatdığıma görə
məni bağışla" deyərkən qoca,
"geri qayıdacağını bilirdim,
oğlum. Mən atamı dağ başında
atmadım ki sən də məni atasan.
Məni bu dağda yalnız
buraxmayacağını bilirdim..."dedi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?