Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Deyilmiydin?

Sən deyilmiydin ?
Səni sevirəm, deyib həyatıma girən.
Sən deyilmiydin ?
... ... ... Sevginə inandırıb,sonra yarı yolda burxan
Sən deyilmiydin ?
Səni Sevirəm dediyimdə , ayrılmaq istiyirəm,deyən.
Sən deyilmiydin ?
Dostuma görə məni unudan.
Hmmm , cavab ver indi.
Niyə qayıtdın ki ?!
Kimnən aldın bu cəsarəti ?!
Sənə getmək istədiyində “get” demədimmi ?
Mənnən üstün tutduğun insan , səni mən kimi sevmədi yoxsa ?!
Mənim kimi tuta bilmədi əlini ?
Mənim kimi baxmadı yoxsa gözlərinə ?
Peşman olacağını demişdim gedəndə
Gözlərimə elə baxmışdın ki ,
Sənlik deil, deyər kimi yadındadı ?
Niyə qayıtdın ki ?
Susma , danış.
Əvvəlki kimi olaq deyirsən elə ?!
Güzgüyə bax bir , əvvəl beləmiydin ?
Baxışın , mimikan , duruşun belə dəyişib.
Hardadı o , qürurla duran sən ?
Hanı ?
İndi qarşımda , həyatınnan bezmiş bir insan var deyəsən..
Noldu sənə , noldu axı?
Elə bil ürəyini satıblar , yaşarkən öldürüblər elə bil

Səni də mi incitdilər ?
Səni də mi yaşarkən məhv elədilər , məni, mənliyimi öldürdüyün kimi..
Bəli , yaxşı baxmıyıb “satqın dostun” sənə!
Dəyərdi mi , məni dəyişdiyin insan , mənə ?
Kim dedi ki sənə gəl ?
Kim dedi ki qayıt ?
Sən getdin..Günlər keçdi..həftələr,aylar,illər keçdi
Ama adın hələdə ürəyimdədi..
O günnən soram ara bir dayandı..
Anladım ki insan zamanla , unutmaz sadəcə alışarmış..
Yoxluğun sarıldı bədənimə , ruhuma..

Səni istəməyən !
Adını belə anmayan !
Sənnən ötrü darıxmayan , biri olmuşam artıq


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 180 Bölmə: Sevgi varmı?
loading...