beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***AnA***

“Evləndikdən 21 il sonra yeni
sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat
yoldaşımdan qeyri bir
qadınla gəzməyə çıxmışdım.
Bu, həyat yoldaşımın
təşəbbüsü idi.
– Onu nə qədər sevdiyini
dərindən dərk et – deyə
həyat yoldaşım mənə
məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə
gəzməyi və vaxt keçirməyi
tövsiyə etdiyi həmin qadın
Anam idi. 19 il əvvəl həyat
yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik
məşğuliyyət, boynuma düşən
məsuliyyət, üç uşaq atası
olmağım – bütün bunlar
Anama tez-tez baş
çəkməyimə mane olurdu.
Nəhayət, bir gün ona zəng
vurdum, şam yeməyinə
dəvət etdim. Həyəcanla
soruşdu:
– Oğlum, halın necədir,
səhhətin yerindəmi? – çünki
gec edilən zənglərə adət
etməmişdi, narahat idi.
– Hər şey yaxşıdır, ay ana –
dedim, – səninlə baş-başa
qalmaq istəyirəm.
– Elə ikimizmi? – anam
soruşdu. Bir qədər sükutdan
sonra əlavə etdi: – Mən də
bunu çox istəyirəm.
Cümə axşamı işdən sonra
yanına getdim. Bir az
həyəcanlı idim. Yanına
çatdıqda o da narahat
görünürdü. Qapının
kəndarında dayanmışdı, məni
gözləyirdi. Əyninə qəşəng
paltar geyinmişdi.
Vəfatından qabaq atamın
ona aldığı son paltarı idi,
deyəsən. Anam gülümsədi:
– Hamıya dedim ki, bu gün
oğlumla gəzməyə çıxacağam.
Sevindilər. Qayıtdıqdan
sonra onlara danışacağım
xəbərlərin intizarındadırlar.
Adi, ancaq dəbdəbəli və sakit
yeməkxanaların birinə
getdik. Anam qoluma
girmişdi. Sanki ölkənin birinci
xanımı idi.
Əyləşdik. Menyudakı
yeməklərin adlarını oxumağa
başladım. Anamın gözləri
yaxşı görmürdü. Odur ki,
yalnız iri yazılmış hərfləri
oxuya bilirdi. Soluq dodaqları
ilə gülümsəyərək üzümə
baxırdı. Dilləndi:
– Vaxtı ilə sən balaca olanda
mən sənə bunları
– oxuyurdum.
– – Sənə olan borcumun
azacıq hissəsini, belə şeylərlə
ödəmək vaxtıdır, ay ana –
dedim, – sən rahat ol.
– Şam edə-edə xeyli danışdıq.
Söhbətimizdə qeyri-adi bir
şey yox idi: ötüb-
keçənlərdən, yeniliklərdən
danışırdıq. Başımız söhbətə o
qədər qarışmışdı ki, vaxtın
necə keçdiyini hiss
etməmişdik. Artıq gecə
yarıdan keçmişdi.
Yeməkxanadan çıxdıq. Evinə
çatdıqda anam dilləndi:
– – Növbəti dəfə birlikdə şam
etməyə nə deyirsən? Ancaq
bu dəfə mənim hesabıma
olacaq.
– Əlini öpdüm və ayrıldım...
– Bir neçə gün sonra anam
ürək tutmasından vəfat etdi.
Vəfatı elə qəfildən oldu ki,
heç nə edə bilmədim.
– Bir neçə gün keçdi. Anamla
şam etdiyim yeməkxanadan
bir məktub aldım. Anamın
yazısını tanıdım:
“Qabaqcadan hesabı
ödəmişəm. Bir daha səninlə
şam edə bilməyəcəyimi hiss
etmişdim. Nə isə... Başlıcası,
iki nəfərlik hesabı ödəmişəm
– sən və həyat yoldaşın üçün.
Çünki sən həmin gecənin
mənim üçün nə qədər
əhəmiyyətli olduğunu, kaş
biləydin! Bunu heç vaxt başa
düşməyəcəksən... Səni çox
sevirəm, əziz balam!”
– Bu dəqiqələrdə “sevgi” və
“səni sevirəm” kəlmələrinin
mənasını başa düşdüm,
anladım. Başqasına sevgimi
yaşatmağın mənasını da dərk
etmişdim...”.
– Valideyn, xüsusilə də Ana –
həyatımızın ən əhəmiyyətli
cövhəri olmalıdır... Odur ki,
layiq olduqları şeyləri onlara
bəxş edin, layiq olduqları
vaxtı onlara ayırın! Bəli, bu,
Allahın və onların sizin
üzərinizdəki təxirəsalınmaz
haqlarıdır!
– Sonda ümid edirəm ki, bu
hekayə valideynlərinin
qədrini bilməyənləri
ayıldacaq, bizi də bu işdə
vasitəçi edəcəkdir!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 155 Bölmə: Sevgi varmı?