beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitdimi Hekayəmiz? [Yaşanmış Sevgi Hekayəsi]

Oğlan : Əslində bizim hekayə çətinliklə başladı. Mən onu çox sevirdim . Amma o yox...Beləcə illərim onu gözləməklə keçdi. Ümid edirdim, bir gün onun da məni sevəcəyi ümidi ilə yaşayırdım. Və belə də oldu. Onun sevgisini qazandım. İlk öncələri məni çox sevdiyini deyə bilmərəm amma sonralar o da sevdi. Hətta zaman keçdikcə mənə elə gəlirdi ki, o məni daha çox sevir. Mənim qısqanclığım, ona qoyduğum qadağalar heç nə onu bezdirmirdi. Onun qurduğu xəyalların,arzularını əlindən alırdım. Ona yox, buna yox deyirdim... Özümdən bezirdim, o bezmirdi. ALLAHA onu qarşıma çıxardığı üçün hər an ŞÜKÜR edirdim. Lakin mən hisslərimi biruzə verə bilmirdim. O yenə anlayırdı. Lakin bəzən ayrılığı biz də yaşayırdıq. Ayrı ola bilməyəcəyimizi anlayıb yenidən barışırdıq. Ayrılsaq həyatıma davam edərəm dediyim halda qarşısında diz çökdüm bağışla deyə. O zaman onu itirmək istəmədiyimi anladım. Nə zaman dizlərim büküldü, nə zaman bu qədər bağlandım heç vaxt bilmədim. Lakin bir gün onu itirdim... Bu dəfə də barışacağımıza çox əmin idim. Çünki, onun məni bağışlamağına öyrəşmişdim. Zaman mənə düşmən oldu. Hər keçən saniyə o məndən daha da uzaqlaşırdı. Artıq aylar keçmişdi. Onsuzluq heç çəkilmirdi. Dinlədiyin hər ifada sevdiyini tapmaq bu idi yaqin. Nə dinləsəm onu xatırladırdı... Bir zamanlar dəli kimi hesab soruşduğum şəxsə indi necəsən belə deyə bilmirəm. Çünki, əlində nişan üzüyünü gördüyüm an o mənim üçün bitdi. Ağlımdan çıxmır, qəlbimdən çıxmır amma həyatımdan çıxdı. Məni tərk etdi . . . Əslində etiraf edə bilməsəm də mən də günahkaram. Ailəm və sevdiyim arasındakı seçim hər şeyə son qoydu. . . Çünki, ailəm...İndi bitdimi hekayəmiz?


Qız : Necə bitdisə elə də başlamışdı. Təktərəfli başlamışdı. Onu sevmirdim. Amma onun çox sevdiyini bilirdim. Sevən sevdirər deyiblər. Hər keçən gün onu sevməyə başladım. Onunla dünyanın ən xoşbəxt insanına çevrildim.Heç bir qadağası məni qorxutmurdu. Mən onun üçün arzularımın üstündən düşünmədən xətt çəkmişdim.Mən artıq öz həyatımı deyil, onun həyatını yaşayırdım. Yenidən öz həyatıma qayıdarkən anladım ki, həyatıma gec qalmışam...Canımı hələ də yandıran ilk sevgim mənə sevməyi öyrətdi amma unutmağı öyrətmədi. Buna ehtiyac olmayacaq dedi. Həyat belədir. Ehtiyacın olmayan hər şey qarçına çıxar. Canımı o qədər yandırdı ki, əminəm ki, əlimdəki nişan üzüyünü gördüyü an onun canı daha çox yanacaq. Xeyr. Əsla elə düşünmə ki, onu səni unutmaq üçün seçdim. O doğrudan da mənim sevgimə layiq oldu. Sən ilk sevgim oldun, uşaqlıq oldun. Amma o məni mənə qaytardı. Sənin dağıdıb getdiyin həyatımı topladı. Həqiqətən sevmək nədir, sahiblənmək nədir onu öyrətdi. Sən ailəm və sən deyərkən mən artıq yolumu bilirdim. Səni bu seçim arasında qoya bilməzdim. Çünki, seçilməyəcəyimi bilirdim. Gözlə desən, səbr elə desəydin...Amma sən illər sonra nə olar bilmirəm dedin. Yarıyolda qalmaq vardı...Yol yaxınkən qayıtmaq lazım idi. Sən mübarizə belə aparmağa çalışmadın. Ən azından kiçik bir cəhtini görsəydim, o da olmadı. Məni qınasan da, tərk etdi desən də unutma mən səni tərk edərkən sən məni çoxdan tərk etmişdin. İndi xoşbəxtəm. Çünki, yanımda sevgimə dəyəcək insan dayanıb. Əlimdə onun üzüyünü daşıyıram. Həyatımdan çıxdığın üçün təşəkkür edirəm. İnan çoxdan bitdi bizim hekayəmiz...


Lakin nəticə olaraq bir sevginin sonu ayrılıqsa nə fəqri var səbəb nə səbəbkar kim...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi varmı?