Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik Bir Dərs..(ibretamiz Hekaye)

— Atam gəldi. Uraa!!!
— Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü
gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala
bilməyəcəm.
— Bəli, mən böyük kişiyəm artıq.Bu gün də beş
dənə beş aldım.
— Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə.
Söz verirsən?
— Başüstə, amma sən də velosiped alacağına söz
ver.
— Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm
söhbət edərik.
— Anam süfrəni açıb.
— Get, mən də gəlirəm.
— Hə de görüm günün necə keçdi?
— Ata bilirsən bu gün Vasiflə dalaşdıq. Birinci o
başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub
onu vurdum.
— Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt.
— Yaxşı eləmişəm? Amma müəllimə dedi ki,
düzgün hərəkət eləməmişik. Dedi ki, «Allah
insanlara şüur verib, dil verib. Aranızda nə varsa,
danışaraq həll edin. Dalaşaraq nəyisə həll etmək
insan olmayan varlıqlara aiddir.» Düz deyir ata?
— Hhhəə… Düz deyir.
Ata nədənsə qızardı. Simasında az öncə yaranan
hirs, əsəb bir anda yox oldu.
— Ata bu gün biz inşa yazdıq.
— Həə. Nə inşası?
— ” Böyüyəndə kim olmaq istəyirsiniz?
— Sən nə yazdın?
— Yazdım ki, atam kimi həkim olacam.
— Afərin sənə.
— Sonra yazdım ki, çoxlu xəstələrim olacaq və mən
də onları atam kimi sağaldacam. Kasıblardan pul
almayacam. Onları pulsuz sağaldacam. Ehtiyacı
olanlara pulsuz dərmanlar verəcəm. Çünki mənim
atam belə edir.
Atanın iştahı nədənsə kəsildi. Çətinliklə nəfəs
alırdı. Niyəsə artıq oğlunun söhbətinə qulaq
asmaq istəmirdi.
— Müəllim inşanı oxudu və məndən sənin adını
soruşdu. Mən də dedim. Sonra dedi ki,:” Atana
denən halal olsun. Dünya da belə insanlar azdır.
Əsl vəzifəsini unutmayıb.”
Oğlu süfrədən durub atasını bərk- bərk qucaqladı
və ” Mən də böyüyəndə sənin kimi olacam.” dedi.
Ata oğlunu qucaqlayıb, başının sığalladı. Zorla
gülümsədi. Sonra yeməyini bitirmədən durub ağır
addımlarla kabinetinə getdi. Stulunda əyləşib
dərindən nəfəs almağa çalışırdı. Ürəyi sıxılırdı.
Gözü masanın üzərində olan övladının şəklinə
sataşdı və beynində «Mən də böyüyəndə sənin
kimi olacam» sözləri əks olundu.
— Allahım mən neynirəm?
Əlinə telefon dəstəyini götürüb. Işlədiyi
xəstəxanaya zəng vurdu.
— Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng
vurun. Deyin indi təcili xəstəxanaya gəlsin
əməliyyat olunacaq. Otağı da hazırlayın mən də
gəlirəm.
— Axı demişdiniz pulu gətirməsələr əməliyyat
olmayacaq. Onlar hələ pulu ödəməyib.
— Nə deyirəm onu eləyin. Çatdırın ki, pul lazım
deyil. Təcili olaraq gətirsinlər.
— Burda da heç kim yoxdur. İş saatı bitib.
— Zəng eləyin hamını yığın. Həkimlər üçün iş
saatı olmur. artıq söz istəmirəm. Mən gələndə hər
şey hazır olsun.
— Başüstə.
Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol
boyunca dünən yanına gələn xəstə və onun yaxını
ilə olan söhbəti xatırladı.
— Ancaq əməliyyat olunmalıdır. Müalicə gec ola
bilər. Nə qədər tez əməliyyat olunsa, o qədər
yaxşıdır. Pulu ödəyin qalanı bizlikdir.
— Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat
eləsəniz. Mən sonra pulu gətirəcəm.
— Xanım, bura sizin üçün mağaza deyil ki, nisyə
dəftərimiz olsun. Burda yazılan dərmanları alın
verin ağrısı azalacaq. Pulu ödəyən kimi də
əməliyyat olunacaq.
— Qurban olum. Mən bu qədər pulu 2-3 günə necə
tapım? Hardan tapım?
— Orası bizlik deyil. 2-3 gün olmasın bir həftə
olsun. Sizin xəstəniz əziyyət çəkir.
Bütün bu söhbətləri xatırladıqca utanırdı.
Alnından tər muncuq- muncuq axırdı. Hələ indiyə
qədər belə vicdan əzabı çəkməmişdi.
— Hamı burdadır?
— Bəli. Xəstəni də gətiriblər. əməliyyat otağı da
hazırdır.
— Lap yaxşı. Başlayaq.
Əməliyyat uğurlu keçmişdi. Xəstəyə dərman
verildiyinə görə hələ ayılmamışdı. Səhətini
yoxlamaq üçün otağa girdi. O gün söhbət elədyi
xanımı gördü. Başını aşağı saldı. Bu yaşına qədər
hələ heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti
yayındırsın üzr istəməsin, amma yenə oğlunu
sözləri yadına düşdü. «Mən də böyüyəndə sənin
kimi olacam.»
— Xanım bağışlayın. O günkü söhbətə görə çox
utanıram. Hər şey bir kənara öz insanlıq vəzifəmi
unutmuşam. Bu hərəkətimdən dolayı üzr
istəyirəm.
— Allah bağışlasın. Hamımızın gözünün tutulduğu
an olur. Əsas odur ki, gec olmadan fərqinə varaq.
— Haqlısınız. Bir azdan ayılacaq. Bu dərmanları
götürün. İçində kağız var. Yazmışam ki hansını nə
vaxt qəbul etməlidir. Gələn həftə yoxlanışa
gətirərsiniz.
— Oldu. Hər şeyə görə çox sağolun.
— Borcumuzdur. Sadəcə unutmuşdum.
— Oğlunuz sizinlə öyünməkdə haqlı imiş. İnşallah
dediyi kimi gələcəkdə sizin kimi bir insan olar. O
sizə qibtə edir.
— Siz…?
— Bəli mən oğlunuzun müəlliməsiyəm. Allahın işi
bu… Qismət deyək.
Həyatda hər şey biz insanlar üçündür. Səhv addım
ata bilərik. Ömrümüzün sonuna qədər belə
olmalıyıq deyə bir qayda yoxdur. Əsas odur ki,
elədiyimiz səhvi görüb gec olmadan düzəldək və
dərs götürək. Neçə yaşında olursaq olaq daima
ətrafdakı insanlardan doğru yolu öyrənə bilərik.
Hətta 8 yaşında olan oğlandan belə….
Həmçinin bilin ki, Yaxşılıq itmir və Allah hər şeyin
dəyərini bilir.....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 146 Bölmə: Sevgi varmı?
loading...