beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bawima Gelen Hadise

Orta məktəbdə oxuyan
vaxtlarımızda qızlar 23 fevralda
sinifdə bir oğlan seçib ona
hədiyyə qoyurdular, kitab,
odekalon,köynək və nəsə başqa
şeylər. Vaxtı-vədəsi yetişəndə
biz
oğlanlar da qızlara hədiyyənin
vəzini qaytarar, üstəlik süni
güldə
əlavə edərdik.
Belə vaxtlarda hərə öz yorğanına
görə ayağını uzatsa da, qızlar say
etibari ilə oğlanları rəğmən çox
olduğundan, bəzən iki qız bir
oğlanı arasında şərikli edərdi.
Eyni zamanda varlılar və
ortabablar özlərinə mağaza
müdiri, müəllim, briqadir balasını
götürərdi...
Hər sabiq kişilər bayramı -23
fevralda bizim sinifdə bir kasıb
yetim qız dərsə gəlməzdi,
ailələrinin imkanı yox idi hədiyyə
almağa, amma 7 martda dərsdən
sonra qızlara verilən hədiyyələrə
elə baxardı ki,sanki ona
bağışlamışdılar ...
Ağlım kəsəndən bunu
anlamışdım və 7ci sinifdə iki qız
üçün hədiyyələr alan zaman
bacılarımdan xahiş etdim ki, o
kasıb sinif yoldaşıma
bağışlamağım üçün bir əlavə
kukla götürsünlər...
Həmin günü -7 martda sevinə-
sevinə qızların hədiyyə borcunu
verəndən sonra kasıba dedim
məni dərsdən sonra
gözləsin.Yuxarı mərtəbəyə
qalxdıq, yarı qaranlıq dəhlizdə
ona dedim:
-Gözlərini yum...
Sonra paltarımın altında
gizlətdiyim balaca kuklanı çıxarıb
onun açılan ovuclarına tərəf
apardım.Qız gözlərini açan kimi
sevincək çığırdım:
-Bayramın mübarək olsun!
Qız tutulub qaldı, sonra kuklanı
sinəsinə sıxdı, gözlərindən yaş
gilələnirdi:
-Bax, nə istidir...
Əlimi kuklya vurdum, bayaqdan
məktəbin həyətini fırlanıb qaça-
qaça gəldiyimdən və səhərdən
sinəmdə gizlətdiyimdən o ucuz
sovet kuklasına qəlbimin
hərarəti, bəlkə dəsevgimin istiliyi
keçmişdi sanki...Qızcığa z qəfil
hədiyyədənmi, ya da bilmirəm
nədən idi, elə hey göz yaşları
axıdırdı...Tezc ənə yaş
yanağından bir öpüş alıb qaçdım,
indiyəcən də qulaqlarımda onun
cingiltili səsi gəlir:
-Dəli ha. Hara qaçdın?..
Demə öz taleyimdən
qaçırmışam...
Sonra zəmanə dəyişdi, o qızın
qardaşları Rusiyada böyük
biznes elədilər, qızın ailəsi
kəndimizdən köçüb getdi, 11
sinifdə oxuyanda kişilər
bayramıma evimizə az qala
böyük bir xonça göndərdi o qız...
P.S. Bu yaxınlarda, 25 ildən sonra
o qızın evində qonaq olanda,
mülkün ən yaraşıqlı erində bahalı
hədiyyələrin içində o kuklanı
gördüm, əlimə götürdüm, az qala
barmaqlarım yanaydı, arxaya
baxdım, hər ikimizin gözləri
yaşarmışdı...
Ruhumun qulaqlarına bu səs
gəldi...
-Dəli ha. Hara qaçdın?.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi varmı?