beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Bileydik...

Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq İkimizin aramızda öləcək... Ulu sevgi göydən yerə endimi, Nə dayandı yolumuzun üstündə? Bu məhəbbət soyuduqca,sən demə, Can verirmiş qolumuzun üstündə. Hər görüşə sürünürdü ayaqlar... O çəmənlər bir baharlıq səməni. Dodaqları yandıranda dodaqlar Ürəyimiz üşüyürmüş,deməli. Əyləncələr qoymadı ki,göz açaq, Hər istəyi bir beləcə bitirdik. Payız gəldi toy-bayramla,biz ancaq Yarpaq-yarpaq günümüzü itirdik. Şirin oldu yalanların zəhəri, Həqiqəti gizləmişik həmişə. Sevgililər oyaq açdı səhəri, Biz axşamı gözləmişik həmişə... Yuxu gördük...gah qorxulu,gah da şən, Boğdu bizi tərəddüdlər axarı. Yuxularda əllər gördük birləşən, Ha yozduqsa hicran oldu axırı. Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq Üzümüzə baxa-baxa öləcək...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?