beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gunebaxanin Insanla Sohbeti..(ibretamiz Hekaye)

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır.
Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm,
bəs sən?"
İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham
alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə
günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda
onun böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv
salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın
əzəmətli varlıq olduğuna əmin
olar, lakin Onu Ondan qeyri
varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü
sevər və onun işığına ümid
bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə
Allahdan qeyrisinə də ümid
bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə
cücərib yerdən boy verər, gün
işığı ilə inkişaf edər, gün işığı ilə
də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın
nuru ilə dünyaya gələrəm,
amma öz günahlarım ilə
axirətimi zülmətə qərq
edərəm."
Günəbaxan:"Mən günlə
yaşayaram."
İnsan:"Mən Allahla yaşayaram."
Günəbaxan:"Zülmət məni məhv edər."
İnsan:"Məni isə günahlarım."
Günəbaxan:"Mən aradakı məsafəni işıqla qısaldaram,
bəs sən?"
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb
iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi
son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə
hamının yadına gün düşür. Bəs sən insanın adı
çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah
düşürmü?"
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü
günə tərəf tutub ağlayır.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 33 Bölmə: Sevgi varmı?