beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ureyime Yaxwi Bax !

Gənc qız hər gün xəstəxana palatasında bir az da
solmaqdaydı.
Yenə otağında təkdi, gözüyaşlı, boynubükük ölümünü
gözləyirdi. Gözlərini bağladı, ağlamaqdan yorulmuşdu.
Sevdiyi gəldi ağlına, kasıb, amma onu sevən sevgilisi.
Hər gün eyni şeyləri fikirləşir, olanları bir film kimi
gözünün önündən keçirirdi. «Pulum yoxdur, amma sənə
verəcəyim sevgidolu ürəyim var», — oğlan demişdi.
Gənc qıza da bundan artıq heç nə lazım deyildi. Amma
olmadı, dünyalar qədər olan sevgilərinin arasına
maddiyyat girib onları ayırdı. İndi pulun kömək edə
bilməyəcəyi bir zamana gəlmişdi. Həyatının son
günlərində sevdiyi yanında olsa, bəs idi.
Ayrılıqlarından 5 il keçmişdi. Ancaq gənc qız bu illər
ərzində ürəyini heç kimlə paylaşmamışdı. Sevgilisini
düşündü: kim bilir, bəlkə də kiminləsə evlənib, uşaq
sahibi olub. Kaş ki yanımda olaydı. Son dəfə əlimi tutsa,
gözlərimi öpsə, rahatca ölə bilərdim. Sevgilisini son dəfə
görmədən ölmək istəmirdi. Kim bilir, bəlkə də sevdiyi
onu unutmuşdu. Bu düşüncələr içində dərin yuxuya
daldı…
Atası girdi otağa, qızına ürək nəqli üçün bir könüllü
tapdıqlarını xəbər verəcəkdi. Ancaq gənc qız çoxdan
yuxuya getmişdi. O gecə biri dünyadan getdi, gənc qız
əməliyyata alındı. Bir həftə sonra gözlərini təkrar açdı
dünyaya. Amma dünya fərqli gəldi ona. Sanki nəsə əskik
idi.
Aradan aylar keçdi, qız yaxşılaşdı. Lakin içindəki
narahatlığı hələ də ata bilmirdi. Sevdiyi ağlına gəlincə,
ürəyi əvvəlkindən daha çox sızıldayırdı. Həkimi
"Əməliyyat asan deyil, bir aya düzələr", — demişdi.
Aylar keçsə də, vəziyyət dəyişmirdi.
çiçəklərinin yanına getdi. Hər gün onlarla dərdləşir,
zaman-zaman ağlayırdı. Ən çox da qızılgülü sevirdi.
çünki onun yeri başqa idi. O da gənc qızla bərabər
gülür, bərabər ağlayırdı. Onu sevgilisi kimi görürdü.
Gülünü, sevgilisini yenidən görəndə hədiyyə edəcəyinə
söz vermişdi. Qapının zəngi çalındı. Gənc qız qapını açdı,
amma heç kim yox idi. Gözü yerdəki ağ zərfə sataşdı.
Əyilib zərfi götürəndə, qəlbi dəlicəsinə atmağa başladı.
Nə olduğunu başa düşmürdü. Zərfin üstündə nə ad, nə
ünvan vardı. Zərfi açıb məktubu çıxartdı. Məktubda
onun iyi vardı. İllərboyu intizarını çəkdiyi, onu görmək
üçün canını belə verə biləcəyi sevgilisinin iyi var idi
məktubda. Başı dönməyə başladı, stulda oturub əlləri
titrəyərək, məktubu oxumağa başladı:
«Sevgilim, səndən ayrıldıqdan sonra nə bir kimsəni sevə
bildim, nə də kimsəyə baxa bildim. Hər günüm
digərindən daha ağır keçdi, çünki hər gün daha çox
darıxırdım. Sənə kitabları dolduracaq qədər şeirlər
yazdım. Yazdım, oxudum, ağladım? Hər gün yazdım,
hər gün oxudum, illərboyu ağladım?
Hər gecə səhərlərə qədər səni düşündüm, hər gecə
sənin yanında olmaq istədim. Sənsizliyə lənət etdim,
yuxuları haram bildim özümə. Bir gün hər şeyi
dəyişdirəcək fürsət düşdü əlimə. Səndən çox uzaqlara
getdim, bəlkə unudaram deyə. Amma tam tərsi oldu.
Daha çox darıxmağa başladım. Səndən çox
uzaqlardayam bəlkə, ancaq səni görmək üçün
uzaqlardan gələ bilirəm. Həm də hər gecə. Səni sevir,
seyr edir və sən yuxuda olarkən əyilib yanağından
öpürəm. Bəzən gözlərini açıb baxırsan, elə bilirəm,
gəldiyimi hiss edirsən, ancaq yox...
Unutma, qırmızıgülü də unutma.
Səni sevirəm, yanıma gəlincəyə qədər də sevəcəyəm...
Sevgilin...»
Hə bir də ürəyimə yaxşı bax. Çünki göz yaşlarımla adını
yazdım üstünə. Səni səndən belə çox sevən bir sevgi var
onun içində...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Sevgi varmı?