beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Min Guzgulu Mebed

Günlərin bir günü bir it dağa dırmaşır, məbədin
nərdivanlarından çıxaraq «Min Güzgülü Məbəd» -ə girir.
Məbədin min güzgülü salonuna keçəndə min dənə it
görür. Qorxaraq tüklərini qabardır, quyruğunu
qıçlarının arasına sıxışdırır, qorxuducu xırıltılı səs
çıxararaq dişlərini göstərir. Təbii ki, min it də tüklərini
qabardıb, quyruqlarını ayaqlarının arasına alıb qorxunc
səslər çıxardıb dişlərini göstərirlər. İt qorxuya düşərək
məbəddən qaçır. Və o andan dünyanın təhlükəli,
qorxunc itlərlə dolu olduğuna inanır.
Bir müddət sonra bir başqa it gəlib dağa dırmaşır. O da
məbədin nərdivanlarından çıxıb «Min Güzgülü Məbəd»-
ə girir. Məbədin min güzgülü salonuna gəldiyində min
dənə itlə qarşılaşır və çox sevinir. Quyruğunu yelləyir,
sevinclə yerində hoppanır və itləri oynamağa çağırır.
Bu it məbəddən çıxdığında isə dünyanın dost və
mehriban itlərlə dolu olduğuna inanırır.
P.S Həyata nə veririksə onu da alacağıq. Həyatda nəyə
inanırıqsa, o da başımıza gələcək. Həyatda pis vəya yaxşı
heçnə yoxdur. Hər şeyə rəng, məna, dəyər verən bizim
baxşı bucağımız, düşüncə tərzimizdir.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 32 Bölmə: Sevgi varmı?