beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsteyirem....

Dinlenmek isteyirem...
tanımadığım birileri terefinden eşidilmek isteyirem...
doğmalardan yan qaçıb da, yadlara duyurmaq isteyirem iç sesimi,
mende boğulan, meni boğan ve yoran can sesimi...
amma mühakime olunmadan..qınaq oxuna hedef seçilmeden..
boş ve menasız tesellilerle sakitleşdirilmeden..
berait qazandırılıb da,haqqlı çıxarılmadan ve ya
heç anlamadan haqqsızlıq donuna geyindirilmeden...
sadece dinlenmek isteyirem...
qoyub da,qarşıma birini,saatlarla belke de boş ve
menasız zenn edilen kelimeler qurmaq isteyirem...
söylediklerime meslehet ve ağıllı söz toplusu
ile qarşılıq almadan,sakitce dinlenmek isteyirem...
Behs etmek isteyirem dünenimden...bu ümden...
görmediyim, bilmediyim sabahımdaan...sevdiklerimden...dost tanışlarımdan...yaxın ve uzaq olanlardan...
bezilerine göre menasız ve mentiqsiz seslenen arzu ve xeyallarımdan... söylemek isteyirem,can ağrımı..
qışqırmaq isteyirem ürek feryadımı... bir bir düzmek isteyirem cümlelere günahlarımı, xetalarımı..
işlediyim harami ve yaşadıqlarımıtehlil etmek isteyirem...
öyleyib de,neye ve kime göre heder oldum deye aydınlaşdırmaq isteyirem...çözmek isteyirem özümü...
araşdrmaq isteyirem heyatımı...bilmek isteyirem kimliyimi...danışıb da, tanımaq isteyirem “men”i...
”heç vaxt etmerem” deyen dilimin niye zamanla “etdim” demesini anlamaq isteyirem...
belke de çözüm deyil danışmaq,çare deyil açıb ağartmaq, amma susduqca daha beter yanır can..
artır ağrılar qaldıqca söylenilmeyen kelimeler...dilim danışıb da,sakitleşdirsin könlümü isteyirem[center]..
duysun meni menden qeyri yad qulaqlar...
ve yalnız duymaq isteyirem..ümid ölmez, hele irelide
neçe_neçe rengli sabahlar...aydınlı, nurlu günler var...
güvenilecek insanlar, etibar edilecek dostar,
sevilecek ürekler var...emin olmaq isteyirem:
her kes eyni deyil - deye...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi varmı?