Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senden Sonra Sevilmediyimimi Duwunursen?

Səndən sonra sevilmədiyimimi düşünürsən? Çox yanılırsan...
O qədər çox sevildim ki... Səndən çox dəyər verdilər bəlkə də... Ya da Səndən çox layiq oldular sevgimə... Məni incitməmək üçün anlayış göstərdilər Səndən fərqli olaraq...
Amma mən, bu lənət olası mən imtina edə bilmədim ki, Səndən... Sevə bilmədim başqasını yenidən...
Bir mənası yox idi Səndən başqa kimsənin...
Amma cəhd elədim... Onları, onlardan birini sevməyi... Məni sevəni sevməyi... Amma...
Amma ürəyim dönmədi Səndən... Həmişə "Sən" dedi, başqa bir şey demədi... Mən belə qorxdum bu sevgidən... Cəhd elədim... Cəhd elədim Sənə söz verdiyim kimi... Unudacaqdım dediyim kimi... Amma olmadı, sevə bilmədi bu yalnızın qəlbi...

Həmişə Səni axtardı gözlərim...
Səndən başqasının əllərini tutmaq istəmədi əllərim...
Sənin sehrinə düşdü ürəyim...

Unutdurmaq üçün çox cəhd elədim, amma olmadı...

Bacarmadım, hələ də anlamadın sevgimi?! Sən anlamadın, amma mən bir şeyi çox yaxşı anladım...

Özünü sevməyəni sevərmiş insan... Bunu deyənlər yaşyıb deyiblər, hiss olunur...

Acı çəkdirən çəkərmiş həmişə səni...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi varmı?
loading...