beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

_sevgi_

Genc adam ellerinde bir buket çiçek, sahile qaçaraq geldi... Gözleri bele bir sahilde gezişdi, axtardığını göre bilmeyince ilk gördüyü yerde oturub sevdiyini gözlemeye başladı. Ellerinde her zamanki çiçeklerden vardı. Sevgilisinin en sevdiyi çiçekler bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızısı güller... Sanki budağından yeni qoparılmış kimi teze idiler, buram buram iy verirdiler, sevgi iy verir, eşq iy verir en ehemiyyetlisi de hesret ve hesret iy verirdi güller... Hamısının üzerinde damlalar vardı. Sanki ağlayır kimi idiler. Genc adam güllere baxdı, sanki onlarla danışırmış kimi, "Niye ağlayırsınız, baxın men ne qeder xoşbextem" dedi. Az sonra sevdiyini göreceyi üçün üreyi yene deli kimi atmağa başlamışdı. Ne vaxt onu düşünse, onunla görüşeceyini xeyal etse üreyi eyni bele yerinden çıxacaqmış kimi olurdu. İllerdir bir-birlerini sevmelerine baxmayaraq ikiside sevgisinden heç bir şey itirmemişdi... Onları heç bir şey ayıra bilmezdi... Ne hesret, ne ayrılıq, ne de ölüm...
Genc adam telaşla saatına baxdı. Sevdiyi yene gecikmişdi. Üstelik o, sevdiyini gözletmemek üçün deqiqelerle evvel qaçaraq gelir, onu gözlemeyi bele sevirdi. Amma sevdiyi her vaxt bunu edirdi. Davamlı özünü gözledirdi. Her kesin bir qüsuru olarmış deye düşündü...
Ve gözlerini önündeki ucsuz-bucaqsız denizlere tikdi.. Denizin sonu yox kimi idi, eynile sevdiyi qıza qarşı olan eşqi kimi denizinde sonu yox idi. Sonsuzluğa uzanırdı. Eslinde bu gün onlar üçün çox xüsusi bir gün idi. Öz aralarında sözlenecekdiler. Cavan evvel bunu sevdiyine açmış, sonrada gedib iki üzük almışdı. Bu qeder ehemiyyetli bir günde heç olmasa onu gözletmemeli idi.. Amma alışmışdı artıq gözlemeye, zereri yox bir az daha gözleyerem deye düşündü. Güllerin yarpaqları nedense hele yaşlı idi. Heç cür anlamırdı onları. Her şey bu qeder gözelken niye ağlayırdılar ki?
İşde az sonra sevdiyi gelecek, ona sarılacaq, qucaqlaşacaqdılar...

Sonra söz üzüklerini taxıb, evliliye ilk addımlarını atacaqdılar.
Genc adam ele heyecanlı idi ki sevdiyine qovuşmaq üçün can atırdı... Qağayılara baxdı, bir-birleriyle oynaşıb, uçuşan qağayılara... Ne qeder gözel reqs edirdiler havada. Tekrar saatına baxdı genc adam. Narahatlıqlanmağa başlamışdı. Sevgilisi yene gecikmişdi, hem de çox... Bu qeder gecikmemesi lazım idi. İşde her gün burada görüşmek üçün sözleşmirler idimi? Her gün sahilde, qağayılara baxaraq, denizin onlara izah etdiyi nağılları dinleyerek bir-birlerine sarılıb hesret aradan qaldıracaqlarına söz vermirler idimi? O zaman niye gelmemişdi yene? Ağılına pis düşünceler gelmeye başladı. Xeyr.. xeyr.. ola bilmezdi.Sevdiyine bir şey ola bilmezdi. Onsuz heyat yaşanmazdı ki... O ölse bele davamlı menimle yaşar deye düşündü genc adam. Bunun düşüncesi bele xoş deyildi. Gözlerini yere endirdi. Gözyaşlarını kimsenin görmesini istemirdi. Onsuz da nedense etrafındakı insanlar ona sanki deli kimi baxırdılar. Narahat olmağa başladı baxışlardan.
Artıq bezmişdi... Yene sevgilisi geldi ağılına.. Niye gelmedi göresen deye düşünmeye başladı. Gözlerini bağladı.
7 il oldu dedi. 7 ildir her gün bu sahilde idi, sevdiyini gözleyirdi. Daha çox döze bilmedi. Üreyi parçalanacaq kimi olurdu. Gözlerinden 1 damla daha yaş güllerin üzerine damladı... Yene gelmeyecek yeqin, en yaxşısı men onun evine gedim deye zümzüme etdi... Heç olmazsa gülleri her zamanki kimi yanına qoyar, ona vermiş olardı... Genc adam ayağa qalxdı. Sevdiyiyle görüşmek üzre, yaşıl tepenin ardındakı qebirisitanlığa doğru getmeye başladı...

Ona olan Eşqi ve Sevgisi onunla birlikde ölmemişdi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 282 Bölmə: Sevgi varmı?