beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balacanin Sevgisi...

Eyni məhəllədə yaşayırdıq. Hər gün bir qızla gəlirdi evə. Adını heç kim bilmirdi. Hamı onun haqqında müxtəlif şeylər danışardı, ancaq heç kim kim olduğunu bilməzdi.Yaşıl gözlü, əsmər bir oğlandı. Məhəllənin bütün qızları ona heyran idi. Mən isə nifrət edirdim ona...
Çox fərqli bir insandi... Bütün gecə otağının işıqları yanardı. Yatmaq yerinə bütün gecə onun evini seyr edərdim. Ondan xoşum gəlməsə də, artıq hər şeyi ilə maraqlanırdım. Bir gun başa düşdüm ki, indiyə qədər özümü aldatmışam. Ona qarşı hiss etdiyim şey sevgi imiş. O gündən sonra o evə gəlməmiş yata bilmirdim. Yanında gətirdiyi qızları qısqanırdım. Hamı onun pis insan olduğunu söyləsə də, mən həmişə onu müdafiə edirdim. Onunla qarşılaşmaq üçün bütün günümü qapı önündə keçirirdim...
Bir gün yenə onu gördüm. Mənə göz vurdu. Yanımdan ötəndə onu çağırdım, amma "Işim var balacam"-deyib uzaqlaşdı. Mənə " balacam " demişdi. Yəni aramızdakı yaş fərqini xatırlatmışdı mənə. Evə gedib bütün günü ağladım. Amma qərarımı vermişdim. Ona eşqimi e'lan edəcəkdim. Onu sevdiyimi söyləməli idim ona!!! Bir gün yenə qapı önündə dayanıb yolunu gözləyirdim. Gəldiyini görəndə mən də arxasınca getdim. Evinə girdi. Bir az gözlədikdən sonra qapını döydüm. Qapını açdı, " Ne lazımdır, balacam? "-dedi. "Seni sevirem" - dedim. Üzümə baxıb astaca gülümsədi, " Hə..."-dedi yavaşca. " Nə hə? " - deyə sual verdim, heç nə demədi. Qaçaraq evindən çıxdım, otağıma girib bir ay heç yerə çıxmadım. Bir gün qızlarla söhbət edərkən onun evinə tə'cili yardım maşını gəldi. Onu evindən çıxarıb tə'cili yardım maşınına apardılar. Hamı diqqətlə ona baxırdı. Onu yanımızdan keçirəndə yavaşca gözünü açdı, mənə baxdı və " Mən də səni, balacam. "-dedi və gözlərini yumdu. Qıpqırmızı olmuşdum. Hamı mənə baxırdi. Ağlayaraq qaçmağa başladım.
Axşama qədər evə getmədim. Bütün günü ağlayayaraq küçələri gəzdim. Axşam evə gəldim. Anamgil ondan danışırdılar. Sevdiyi bir qiz varmış bir vaxtlar. Ailəsi onunla evlənməsine icazə vermədiyi üçün qız evdən qaçıb. Küçədə tək-tənha gəzərkən küçə avaraları onu tutub öldürürlər. O gündən sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə, evə gətirirmiş. Bu günə qədər hansı qıza könül verib sevibsə, hamısı ölüb. Son vaxtlarda da bir qizi dünyalar qədər sevirmiş. Ona görə də özünə qesd edib, sonra xəstəxanaya zəng edib. Polislər evin divarlarənda " Balacam " yazılarını tapıblar. " Balacam, sən də ölmə!!! " yazılıbmış bütün divarlara. Balacam, mən də səni sevdim... çox sevdim... Başqaları kimi sən də ölmə deyə mən öldüm... əlvida, balacam!...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Sevgi varmı?