beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalnızlığım

Görünür, ömrümə yazılıb səni düşünmək. Nifrət belə öldürə bilmədi sənin xatirələrini.Planlamadığım anda sevincimin, kədərimin, hər şeyimin içinə adın dolur. Küçələrdə sənlə gəzərkən o izləri axtarıram. Addımlarımı o izlərlə atmaq istəyirəm. Gələcəyimi keçmişimə oxşatmaq istəyirəm.
Ağlımı işğal etmisən.

Uşaqlığımı alıbmışsan əlimdən. Uşaqlıq xatirələrimə qarışıb sənin xatirələrin. Uşaqlığımı xatırlaya bilmirəm.
Hər cəhdimdə sən gəlirsən ağlıma.O qədər öyrəşdirmisən ki, özünə, yolda gedəndə belə sən olmayan insanları sən deyə düşünürəm.
Unutmaq istəyirəm səni, xatırlaya-xatırlaya. Hər dəfə sənin xatirələrinin içində eşələnə-eşələnə sənə nifrət etdirəcək hadisə axtarıram.
Tapmayanda səni unutmaqdan vaz keçirəm.

Sən mənim iki-üç rəngdən ibarət həyatımın üstündə şizofren rəssamlar kimi rənglər çırpmısan.
Məni qırmızı ilə tanış etmisən. İndi etdiyim heç nə sənsiz alınmır.
Sənsiz üşüyə bilmirəm, gəzə bilmirəm, xoşbəxt ola bilmirəm, ən əsası, yaşaya bilmirəm.
Dünən sənin sevdiyin mahnıları qonaq etdim qulaqlarıma. Bütün mahnılar ayrılıqdan, dərddən, kədərdən...
Anlaya bilmədim. Və o mahnıya növbə çatanda gedişinlə sıxdığın həyatımın suyu gözlərimdən axdı.
Uşaqlar kimi ağlaya belə bilmədim. Böyüklər kimi ağladım. Dimdik.
İndi qonaqlarım var. Boz rəngdə ağlayan tütün və qırmızı rəngli al şərab.
Qarşımda sənin şəklin, qonaqlarımla səndən danışırıq. Qonaqlarım o qədər dilə tutdu ki, səndən danışmağım üçün.
Tütün artıq evə gedir, hava ilə onu yola salıram. Şərab qalacaq bu gecə mənimlə, bədənimdə.
Bir də mən qalacam ömür boyu. Bütün danışıq boyu səni sevməyi belə bacarmadım, deyə bilmədim.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi varmı?