Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Ve Ayriliq

Sevgi və ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.
Ayrılıq sevgiyə dedi: Mən onları ayıraram,bəhsə girək?
Sevgi dedi: Gəl belə edək- Mən onlara bir dəfə yaxınlaşım,sonra qalanı sənlikdir.Neçə dəfə istəsən sən yaxınlaşa bilərsən-onda baxarıq sən onları ayıra bilərsənmi?
Ayrılıq razılaşdı.
Sevgi gənc cütlüyə yaxınlaşdı,onlara toxundu və gözlərinə baxdı:orda necə qığılcımlar yarandığını gördü.Kənara çəkildi və dedi:Mən işimi bitiridim,indi sənin növbəndir.
Ayrılıq dedi:Yox,mən indi onlara yaxınlaşsam da xeyri yoxdur-indi onların qəlbi Sevgi ilə doludur.Mən sonra gələrəm.
Vaxt keçdi.Ayrılıq bir gün onların evinə baxdı və gördü ki gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət edir.Ümid etdi ki,sevgi artıq keçib yaxınlaşdı cütlüyə.Onların gözünə baxanda orda Minnətdarlıq gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.
Yenə vaxt keçdi.Ayrılıq yenı bu evə yaxınlaşdı,gördü ki evdə uşaqlar səs küy salır,kişi işdən yorğun gəlib,ana uşaqları sakitləşdirməyə çalışır.Dedi ki indi mütləq onları ayıra biləcəm,sevgi və minnətdarlıq çoxdan bu evdən gediblər.Amma onların gözünə baxanda orda Hörmət və Anlaşılma gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.
Bir müddət keçdi.Ayrılıq bəhsi unutmamışdı,sevgiyə uduzmaq fikri yox idi.Yenə gəldi,artıq uşaqlar böyümüşdü,ağsaçlı ata onlara nə isə izah edirdi,ana mətbəxdə yemək hazırlayırdı.Onların gözlərinə baxanda orda İnam gördü.
Mən sonra gələrəm dedi və çevrilib getdi.
Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi-Deyəsən mən gecikmişəm.Zaman mənim işimi görüb axı.Qadının gözlərinə baxdı və orda Xatirə gördü-sevgidən,minnətdarlıqdan​,hörmətdən,anlaşmadan və inamdan bir xatirə...
Yenə bir müddət keçdi.Ayrılıq bu evi unutmamışdı.yenə ora baş çəkdi:evdə nəvələr qaçışır,kaminin qarşısında qoca bir qadın oturub nəsə fikirləşirdi.Ayrılıq baxdı və düşündü:əsl mənim zamanım gəlib.Artıq çoxdan xatirələri də unudub.Elə qadının gözlərinə baxmaq istəyəndə o durdu və evdən çıxdı.Ayrılıq onun arxasınca getdi.
Qadın qəbirsanlığa gəldi və bir qəbrin yanında dayandı-bu onun ərinin qəbri idi.
Qadın heç nəyi unutmamışdı...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?
loading...