beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sevgidirmi ?

Bilirsən? Mən heç vaxt sevginin nə demək olduğunu bilməmişəm..Sadəcə sevənlərdən eşitmişəm, sevənlərin keçirdiyi hissləri.Hə, bir də yazıçıların yazdığı roman qəhrəmanların dilindən bilirəm.İnanırsan, heç vaxt sevgi qədəhindən eşq şərabını içməmişəm.Ta ki, səni bilənə qədər.Səni sevdim? Bilmirəm.Bəs hisslərim? .Sənə qarşı olan hisslərimə nə ad verim, bilmirəm. Səsin mənə o qədər doğma gəlirdi ki...Bilmirəm.Məni çox sevdiyini deyirdin. Mənsiz ola bilməyəcəyini deyirdin.Mənim üçün ölə biləcəyini belə dedin.Buna and verdin.Sənə inanmaq istəyirəm.Həm də çox istəyirəm. Amma, məni qınama,inanmıram.Yalan olacağından qorxuram.İnanmağı o qədər çox istəyirəm ki...Hər şeyə özüm son qoydum.Çünki, bunun sonu olmadığını bilirəm..Bir neçə gün bundan əvvəl hər şey bitmişdi.Unutmağa çalışırdım səni. Unutmaq məyər nə qədər çətin olurmuş ? Səsini eşitdiyim an sənə ehtiyac duyuram.Yanında olmaq, əllərini tuta bilmək istəyirəm.Gözlərinə baxmaq, orda özümü görmək istəyirəm . Əllərin saçlarıma sığal çəksin, saçlarımı oxşasın istəyirəm .İsti nəfəsin üzümdə gəzsin, gəzdikcə də tellərimi qarışdırsın istəyirəm.Səsini qulaqlarımda bir daha, bir daha duymaq, duyduqca da ürəyim yerində pır-pır atsın istəyirəm. Başımı sinənə qoyub ürəyinin səsini dinləmək, sadəcə tup-tup deyil də, öz adımı eşitmək istəyirəm. Bununla səni sevib-sevmədiyimi bilmək istəyirəm.Eh...Amma, bütün bunların ola bilməyəcəyini yaxşı dərk edirəm.Ümumiyyətlə, bunun olması mümkün belə deyil.Bəlkə də belə olmağı daha yaxşıdı, bilmək olmaz.Allahdan səni mənə unutdurmağını diləyirəm.Buna yalnız Allahın gücü yetər.Bilirəm, bu məktubumdan heç vaxt xəbər tutmayacaqsan.Heç vaxt bilməyəcəksən, sənə olan hisslərimi.Heç vaxt...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi varmı?