beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

...ALLAHIN LÜTFÜ...

...ALLAHIN LÜTFÜ...
Allahın peyğəmbəri Həzrəti Musa bir gün yenə Həzrəti Cəbrəildən:«Allahdan yer üzünün ən günahkar bəndəsinin kim olduğunu bilmək istəyirəm»-deyə soruşur.Vəhy mələyi Allahdan xəbər gətirir: -Sübh çağı şəhərin giriş qapısında gözlə, qapıdan birinci çıxan şəxs Allahın ən günahkar bəndəsidir. Hz.Musa sübh vaxtı artıq qapının yanında idi. O. səbirsizliklə gözləyirdi. Bu vaxt bir yaşlı qoca kişi, arxasinca da cavan oğlu qapıdan çıxdılar.Hz.Musa yaşlı kişinin halına çox acıdı.Allaha onun günahlarının bağışlanması üçün dua etdi.Sonra da Tur dağına gedib vəhy mələyindən Allahın ən günahsız bəndəsinin kim olduğunu öyrənmək istədi.Vəhy mələyi: -«Ya Musa bu gün şəhərə ən axırıncı girən kəs Allahın ən günahsız bəndəsidir»- dedi. Hz.Musa axşamüstü şəhər qapısına gəldi və gözləməyə başladı. Camaat öz iş-gücündən evinə qayıdırdı. Bu zaman peyğəmbər yaşlı kişini və oğlunu da gördü.Yaşlı kişinin oğlu qabaqda, özü də arxasınca şəhərə daxil oldular. Onlardan sonra daha kimsə gəlmədi.Hz Musa «Allahın günahsız bəndəsi yaşlı kişimi?»-deyə düşündü. Peyğəmbər Tur dağına gedib bu sirri vəhy mələyindən öyrənmək istədi.Hz.Cəbrəil dedi : -" Ya Musa, səhər gördüyün o yaşlı kişi həqiqətən dünyanın ən günahkar bəndəsi idi. Qoca öz oğlu ilə dərya kənarına balıq tutmağa getdilər.Kişi dəryadan bir balıq tutdu.Bu zaman oğlu atasından «Dünyada balıqdan böyük bir şey varmı?»-deyə soruşdu.Atası : -" Oğlum, balıqdan böyük dəryadır ki, onu özündə saxlayır"-dedi. Oğlu: Bəs dəryadan böyük nədir? Atas: Dəryadan böyük yer kürəsidir ki, dəryanı özündə saxlayır. Oğlu: Bəs yer kürəsindən böyük nədir? Atası: Allahın ərşi. Oğlu: Bəs ondan da böyük? Atası: Mənim günahlarımdır, oğlum. Oğlu: «Bəs sənin günahlarından böyük nədir?»- deyə soruşdu.Atası da «Allahın lütfüdür»-dedi. Tövbə qapısı həmişə açıqdır. Allah bağışlayan, rəhm edəndir, oğlum. İnşaallah mənim də tövbəm qəbul olunar. Allah yaşlı kişinin tövbəsini qəbul etdi və günahlarını bağışladı". Hz.Musa səcdəyə getdi və Allaha şükr etdi…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi varmı?