beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maragli Hekayedi.oxusaz Yaxwi Oalr)

Rauf seher işe getmeye hazırlaşırdı. Maşını qarajdan çıxardarken qızını, Sona yolla geden gördü. Eyninde gözel bir don, elinde ise bir mektub var idi.
-- Hara gedirsen?
-- Men...men....ata, men poçta gedirem.
... -- Niye?
-- Bu mektubu göndermeliyem
-- Ver mene men göndererem senin üçün

Bir an balaca qız çekindi amma axır ki, mektubu atasına uzatdı. Atası qoydu maşının qabaq oturacağına, qızına el eledi ve yola düşdü.
İşde oturarken mektub Raufun gözüne deydi. Üstündeki ünvanı oxudu:
Allah Baba
Cennet
Sema
Mektubu açdı ve oxudu.
Eziz Allah baba,
Bu menim sene birinci mektubumdu. Anam hemişe deyirdi ki, sen uşaqları sevirsen ve onların dualarını tez eşidirsen. Menim anam 7-ci ad günümden 3 gün sonra vefat etdi. Ona kimi hemişe xoşbext idim, amma indi çooox qemliyem. Atam hemişe menimle oynayardı, mene kitab oxuyardı, amma indi heç menimle danışmır. Seher tezden işe gedir, axşam ise men yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içmeye de başlayıb.
Xahiş edirem Allah baba, menim anamı qaytar. Onsuz bu evde yaşamaq istemirem. Her gün mektebe gedende sinif yoldaşlarımın analarını görürem ve meni ağlamaq tutur. Ne olar Allah baba, anamı qaytar. Eger o artıq melekdirse ve onu qaytara bilmirsense onda meni de götür apar. Anamı nece apardın meni de ele apar.
Men yaxşı qızam. Anamdan soruş deyecek. Hemişe derslerimi edirem ve otağımı yığışdırıram. Söz verirem ki, sene heç bir narahatçılıq töretmeyecem. Seni gözleyecem!
Seni seven, Sona
Rauf mektubu bir yox üç defe oxudu. Bir az sonra, vefat etmiş heyat yoldaşı ile ilk defe tanış olduğu yere getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa baxa bir neçe saat qızının yazdığı barede fikirleşdi. Hem özüne hem de heyat yoldaşına söz verdi ki, deyişecek.
Altı Ay Sonra:
Sona artıq yerinde yatmışdı. Rauf onu yuxudan oyatmaq isteyende çarpayının yanında bir mektub gördü. Ünvanı bele idi:
Allah Baba
Cennet
Sema
Mektubu açdı ve oxudu:
Eziz Allah Baba
Bu sene ikinci mektubumdu. Bilirem ki birinci mektubumu almısan. Sene teşekkürümü bildirmek isteyirem. Düzdü anamı mene qaytarmadım, meni götürüb aparmadın, amma atamı deyişdin.
Bilirsen Allah baba, men indi onun otağında yatıram. Geceler mene nağıllar oxuyur, menimle danışır, gülür, ve her seher üzgüçülüye gedirik. Axşamlar ise, maşınla şeheri gezirik. Daha içki içmir. İsteyirsen xalamdan soruşarsan. Bilmirem sene nece teşekkür edim, Allah baba, çox sağ ol!
Seni Seven, Sona
Siz ne fikirleşirsiz? Rauf özü deyişdi yoxsa Allah doğrudan da balaca Sonaya 'yeni' ata verdi?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 267 Bölmə: Sevgi varmı?