Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Korpenin Hekayesi

Bir Körpənin Hekayəsi

Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, qalxiq bir burun və kiçik qırmızı dodaqlarıyla bir kartpostalı xatırladan körpə, qadının indiyə qədər gördüyü ən cana yaxın qız uşağı idi.
Onun ipək yanaqlarını doya doya öpmək və cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:

"Toxunma mənə ..." deyə bir səs eşitdi.

"Məni oxşamağa haqqın yox sənin..."

Qadın qorxuyla diksinib ətrafına baxdı. Körpələ özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar duy/eşitdiyində körpəyə döndü. Aman Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu:

"Mənə yaxınlaşmağını istəmirəm" deyə davam etdi.

"Dərhal uzaqlaş məndən..."

Qadın, bir az olsun özünü yığaraq:

"Uşaqlarımız həmişə kişi olur" dedi. "Onlar da gözəl amma qız uşaqları başqa. Buna görə səni öpmək istədim."

"Məni öpə bilməzsən" deyə ağlamaya başladı körpə. "Mənim də səni öpə bilməyəcəyə(i)m kimi..."

"Niyə?" deyə soruşdu qadın. "Niye öpə bilməzsən ki?"
Körpə, hıçqırıqlara boğularkən:

"Bunun səbəbini bilməyin lazımdır" dedi. "Düşünsən mütləq tapacaqsan..."

Qadın, nələr olub bitdiyini xatırlamaq üzrəykən özünə gəldi. Xüsusi bir xəstəxananın ən lüks otağında yatır və narkozun təsirindən mədəsi bulanırdı. Ailə dostları olan tanınmış həkim, otağı dolduran çiçəklərdən bir dənəsini vazadan çıxardıb qadına uzadarkən:

"Keçmiş olsun xanım" dedi. "Müvəffəqiyyətli bir abort idi doğrusu. Ha..! Doğru, "qız"mış aldırdığınız körpə."


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi varmı?
loading...