beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki Qadın Tanıdım!

İki qadın tanıdım:
Biri sevdiyim halda mene ayrilmağı öyrətdi,
Biri sevmədiyim halda ayrıla bilməməyi öyrətdi



İki qadın tanıdım:�
Biri qışın soyuq anında qarda gəzməyi
Biri yağışın altında qaçmağı öyrətdi



İki qadın tanıdım:�
Biri baxdığım hər yerdə onu görməyi
Biri gözlərimi yumduğumda onu görməyi öyrətdi



İki qadın tanıdım:�
Biri ayaq izlərimə baxmağı
Biri kölgəmə baxmağı öyrətdi



İki qadın tanıdım:�
Biri bizi isidən günəşi sevməyi
Biri gecemizi aydınlatan ayı sevməyi öyrətdi



İki qadın tanıdım:
Biri acını daddığımda şirin olduğunu
Biri hər şirin anın şirin olmadığını öyrətdi



İki qadın tanıdım:�
Biri qısqanmağı, axtarmağı öyrətdi
Biri inanmağı, etibar etməyi öyrətdi




İki qadın tanıdım:�
Biri sevgiya inanmamağı
Biri sevgiyə inanmağı öyrətdi



İki qadın tanıdım:�
Biri bütün sevgilərin nağıl olduğunu öyrətdi
Biri bütün nağılın sevgidən yarandığını öyrətdi



İki qadın tanıdım:�
Biri almanı sevməyi
Biri BMW-ni sevməyi öyrətdi



İki qadın tanıdım:�
Biri darıxdığımda görüşməyi
Biri darıxdığımda sms yazmağı öyrətdi



İki qadın tanıdım:�
Biri gözəl görməyi
Biri gözəl düşünməyi öyrətdi



İki qadın tanıdım:�
Biri romantik danışmağı
Biri fəlsəfi danışmağı öyrətdi



İki qadın tanıdım:�
Biri onun uçun şeir yazmağı
Biri sevgini şeirlərdə axtarmağı öyrətdi



İki qadın tanıdım:�
Biri məni dünyadan ayırdı
Biri sadəcə qızlardan



İki qadın tanıdım:�
Biri onun üçün ölməyi
Biri onun üçün yaşamağı öyrətdi


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi varmı?