beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəhərli Sevgi

Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənər və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlar. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmaq çox çətin olduğunu anlar. İkisinində şəxsiyyəti tamamilə fərqlidir buda onların tez-tez mübahisə edib müzakirələrinə gətirib çıxarar. Bu Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin olduqca reaksiyasını alar. Bir neçə ay sonra bitməz tükənməz gəlin qaynana döyüşlərindən ev onun və qaynanası ilə arada qalan yoldaşı üçündə cəhənnəm halına gəlmişdir. Artıq bir şey etmək lazım olduğuna inanan gənc qadın doğru atasının köhnə bir yoldaşı olan baharatçıya qaçar və dərdini izah edər. Yaşlı adam ona bitkilərdən hazırladığı bir dərman hazırlayır və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün hazırladığı yeməklərin içinə qoymasını söylər. Zəhər az-az veriləcək, beləcə onu gəlininin öldürdüyü müəyyən olmayacaqdır. Yaşlı adam gənc qadına heç kimin və yoldaşının şüphələnməməsi üçün qaynanasına çox gözəl davranmağı, ona ən gözəl yeməkləri bişirməsini söyləyir.Sevinc içində evə gedən Li-Li yaşlı adamın dediklərini eynilə tətbiq edər. Hər gün ən gözəl yeməkləri bişirər, qaynanasının qabına az-az zəhəri damladardı. Kimsələr şüphələnməsin deyə də ona çox yaxşı davranırdı. Bir müddət sonra qaynanası çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Evdə artıq sülh küləkləri əsirdi. Gənc qadın özünü ağır bir yük altında hiss etdi. Etdiklərindən peşman bir vəziyyətdə baharatçı dükanının yolunu tutdu və yaşlı adama bu ana qədər qaynanasına verdiyi zəhərləri onun qanından təmizləyəcək bir dərman üçün yalvardı, yaşlı qadının ölməsini artıq istəmirdi. Yaşlı adam yaşlı gözlərlə qarşısında danışıb dayanan Li-Li-yə baxdı və qəhqəhələrlə gülməyə başladı. Sevgili Li-Li "Sənə verdiklərim sadəcə vitaminlərdi. Olsa-olsa qaynananı sadəcə daha da gücləndirdi hamısı bundan ibarət. Gerçək zəhər isə sənin beynində olandı. Sən ona yaxşı davrandıqca oda dağıldı və yerini sevgiyə buraxdı. Beləcə siz gerçək bir ana qız oldunuz" - dedi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?