beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim Mələk Balam

Yaşlı adam, bir küçədə ağır-ağır addımlarla gedir, hərdənbir istirahət edib təkrar irəliləyirdi. Gənclik illərində tamamilə düz zənn etdiyi bu yolun yüngül bir yoxuş olduğunu son illərdə anlamış, qocalığı buna görə qəbul etmişdi.
Qoca bir az sonra birdən dayandı. Gözləri, bir əlil arabasını yuxarıya doğru itələməyə çalışan kiçik bir qıza sataşmışdı.
Yaşlı adama görə, əlil arabasının boş olması lazım idi. Amma yaxına gedincə çaşdı, qaldı... Arabada, iflic olduğu aydın olan və heç tərpənmədən dayanan bir kişi vardı.
Yaşlı adam, kiçik qızla danışmağa başladı. Arabada oturan, qızın atası idi. Anası ilə birlikdə onu gəzdirərkən, qadının bir anda halı pisləşmiş, tələsik ən yaxın əczaxanaya qaçmışdı. Atası da əlbəttə, kiçik qıza qalmışdı.
Qoca adam, qızın hələ arabanı itələdiyini görüncə:
- "Mənim mələk balam!" deyə deyindi.. Sənin gücün onu itələməyə çatmaz!
Kiçik qız:
- Bunu mən də bilirəm!. deyə atıldı. Amma atam üçün, bir şeylər etməliyəm.
- Yaxşı, dedi qoca. Madam ki bilirsən, o zaman itələmə!
Kiçik qız:
- Atam üçün bir şey etməliyəm, deyə təkrarladı. Onun arabasını itələyə bilməsəm də, ən azından geriyə doğru sürüşməsini əngəlləyirəm..
Yaşlı kişinin gözləri yaşardı və hələ də arabanı itələməyə çalışan balacaya
baxıb öz özünə sakitcə dedi "mənim mələk balam.."


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 32 Bölmə: Sevgi varmı?